Baş xəbərDünya

Rusiya NATO ilə müharibəyə hazırlaşır? Budur 4 əlamət…

Rusiyanın Ukraynada başladığı müharibə Avropanın gündəmində qalarkən, Rusiya prezidenti Vladimir Putinin NATO ilə mümkün münaqişə üçün sakitcə zəmin hazırladığı iddia edilir.

ABŞ-da nəşr olunan “NewsWeek” jurnalının yazdığına görə, Rusiya Qərbə qarşı gizli əməliyyatlarını gücləndirməyə başlayıb, sərhəd boyu hərbçilərinin sayını artırıb və hərbi xərclərdə rekord həddə çatıb.

NATO Hərbi Komitəsinin sədri və Hollandiya Kral Donanmasının admiralı Rob Bauer yanvarda Brüsseldə deyib ki, NATO “gözlənilməzləri gözləməli” və Rusiyanın hücumuna hazır olmalıdır.

Son həftələr kəşfiyyat və hərbi rəsmilər xəbərdarlıq ediblər ki, NATO üzvü olan ölkələr Rusiya ilə mümkün münaqişəyə hazırlaşmalıdırlar.

Rusiyadakı hərbi fəallıq Avropa ölkələrini təşvişə salıb. Wall Street Journal (WSJ) qəzetində dərc olunan xəbərə görə, Finlandiya və Norveç sərhədində Rusiya hərbi varlığı NATO ilə münaqişə ehtimalına qarşı hazırlıqlarını gücləndirib.

Kreml Finlandiya sərhədindən təxminən 160 kilometr şərqdə yerləşən Petrozavodsk şəhərində on minlərlə əsgəri sınaqdan keçirə biləcək ordu qərargahı yaratmağı planlaşdırır. Ukraynada müharibə başa çatdıqdan sonra qoşunlar bu qərargaha yerləşdiriləcək.

WSJ-yə danışan ekspertlər bildiriblər ki, Finlandiya sərhədində yığılma Rusiya lideri Putinin NATO ilə mümkün münaqişəyə daha geniş hazırlıqlarının bir hissəsidir.

“Ukraynadan qayıtdıqdan sonra əsgərlər sərhədin o tayında düşmən kimi görünən ölkələrə yönələcək. Son 10 ilə nəzər salsaq, biz NATO ilə münaqişə gözləyirik”, – Moskvada yerləşən müdafiə araşdırma mərkəzi olan Strategiyaların və Texnologiyaların Təhlili Mərkəzinin direktoru Ruslan Puxov bildirib.

Londonda yerləşən Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) araşdırma mərkəzinin tədqiqatçısı Edvard Arnold NewsWeek-ə bildirib ki, Rusiya Ukraynaya yeni istehsal etdiyi hərbi texnikanı yerləşdirməkdən geri çəkilməyə başlayıb. Arnold bildirib ki, yeni istehsal olunan hərbi texnikanın Baltikyanı və Skandinaviya sərhəd bölgələrinə göndərilməsinə dair işarələr var.

Vəziyyəti dəyərləndirən Arnold, “Rusiyanın bu fəaliyyəti hərbi baxımdan tarazlıq siyasəti yürütdüyünü və Rusiyanın artıq Ukraynadan kənara baxmağa başladığını göstərir” deyib.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Kanadalılar ABŞ-a qarşı birləşirlər

Aynur Camal

Təkrar emal müəssisəsində yanğın baş verdi

Bugün TV

Dünya bloqerin asılmasına etiraz edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu