DünyaSiyasət

Rusiya-NATO qarşıdurması riski artır

Bugun.tv xəbər verir ki, Rusiya rəsmiləri NATO ilə birbaşa qarşıdurma riskinin artdığını bəyan ediblər.

Məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Avropada “Rusiya ilə yüksək intensivlikli müharibə təhlükəsi” barədə ritorikanın gücləndiyini bildirib.

Onun sözlərinə görə, xüsusilə nüvə sahəsində baş verən gərginlik və “təxribat xarakterli addımlar” strateji riskləri artırır və NATO ilə Rusiya arasında birbaşa toqquşma ehtimalını yüksəldir.

Rusiya tərəfi hesab edir ki, Qərb ölkələrinin son addımları təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirir. Analitiklər isə bildirirlər ki, Ukrayna müharibəsi fonunda tərəflər arasında artan hərbi və siyasi gərginlik Avropada yeni təhlükəsizlik böhranı yarada bilər.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Rusiya Azərbaycana qarşı yenidən böhran yolunu tutdu

Aynur Camal

Alberta Kanadadan ayrılacaq? Ştatda müstəqilliklə bağlı referendum müzakirələri qızışır

Aynur Camal

Kinoteatrlar Meta-nın ağıllı eynəklərini qadağan etməyi müzakirə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu