Baş xəbər

Vüqar Bayramov: Bakıda “Türk Mətbəxi Həftəsi” çərçivəsində ənənəvi türk yeməkləri təqdim olundu

Bugun.tv xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov öz sosial media hesabında Bakıda keçirilən “Türk Mətbəxi Həftəsi” tədbiri barədə paylaşım edib.

Deputat bildirib ki, tədbir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın dəstəyi ilə keçirilən beynəlxalq “Türk Mətbəxi Həftəsi” proqramı çərçivəsində təşkil olunub.

Məlumata görə, proqram Türkiyənin Bakı SəfirliyiBakı Yunus Emre İnstitutu tərəfindən həyata keçirilib. Tədbirdə Türkiyənin müxtəlif bölgələrinə aid ənənəvi yeməklər təqdim olunub və iştirakçılar türk kulinariya mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Vüqar Bayramov qeyd edib ki, hər il 21-27 may tarixlərində dünyanın müxtəlif ölkələrində keçirilən “Türk Mətbəxi Həftəsi” türk mədəniyyətinin və zəngin kulinariya irsinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Laçında 979 ailə məskunlaşıb

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan-Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə 3,2 dəfə artıb

Aynur Camal

Müharibə şəraiti Ukraynada seçkilərin keçirilməsinə mane olur – ekspertlər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu