27 C
Baku
27 İyul 2024, 3:35
Dünya

Rusiya ordusu raketlər yağdırdı: Çoxlu ölü və yaralı var

Rusiya-Ukrayna müharibəsi bütün şiddəti ilə davam edir.

Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Hirnik qəsəbəsinə raket zərbəsi endirib.

Ukrayna Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada; Rusiya ordusunun hücumu nəticəsində 2 nəfərin öldüyü, 6 nəfərin yaralandığı bildirilib.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin tibb işçiləri bölgədə işlərini davam etdirərkən, bir yaralıya ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb. Həmin anlar saniyə-saniyə kameraya düşüb.

 Rusiya ordusu Odessa limanında yerləşən “Nova Post” şirkətinin poçt anbarına da raket zərbəsi endirib.

Hücum nəticəsində 14 nəfərin yaralandığı bildirilib.

Raket hücumundan sonra qısa müddətdə güclənən yanğın nəticəsində anbarın yükləmə sahəsi ciddi ziyan görsə də, qruplar alovu nəzarət altına ala bilib. Bölgəyə psixoloqlar da daxil olmaqla 68 xilasedici göndərilib.

Mənbə: TGRT

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Türkiyənin baş diplomatı Fidan Həmas rəhbərinin sözçüsü – diplomatik mənbə ilə danışıqlar aparır

Kəmalə Sultan

Misir: İsrailin sülhü rədd etməsi bütün regionu görünməmiş təhlükələrə sürükləyəcək

Teymur Əziz

Fransada etiraz aksiyalarının 6-cı günündə 157 nəfər saxlanılıb

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu