25 C
Baku
23 İyun 2025, 13:30
Dünya

“Rusiya ordusu Ukrayna sərhədində bufer zonası yaradacaq”

Rusiya prezidenti Vladimir Putin Ukrayna qüvvələrinin sərhəd bölgələrində dinc əhaliyə qarşı hücumlar təşkil etdiyini iddia edərək, bu təhdidlərə qarşı tədbir görüləcəyini açıqlayıb.

Rusiya prezidenti Vladimir Putin paytaxt Moskvada keçirdiyi toplantıda hökumət rəsmiləri ilə görüşərək Ukraynanın hücum strategiyaları ilə bağlı təəccüblü açıqlamalar verib.

Ukrayna ordusunun pilotsuz uçuş aparatları (PUA) ilə “terror aktları” həyata keçirdiyini iddia edən Putin, hücumların əsgərləri deyil, daha çox mülki şəxsləri hədəf aldığını müdafiə etdi. “Düşmən hərbi hədəflər əvəzinə təcili yardım maşınları, kənd təsərrüfatı texnikası, evlər və mülki şəxslər kimi hərbi əhəmiyyət kəsb etməyən nöqtələrə qəsdən zərbələr endirir”, – deyən Putin son hadisələrin bu iddiaları təsdiqlədiyini qeyd edib.

Hücumların xüsusilə Rusiyanın qərbindəki Bryansk, Kursk və Belqorod bölgələrində cəmləşdiyini bildirən Putin, sərhəddə təhlükəsizliyi təmin etmək üçün orduya yeni vəzifələr verildiyini açıqlayıb:

Sərhəd boyu lazımi təhlükəsiz bufer zonası yaratmaq qərarına gəldik. Silahlı qüvvələrimiz bu məqsədə uyğun olaraq yerlərdə xidmət göstərir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Seçki həyəcanı başladı

Aynur Camal

Polisin atəş açması nəticəsində avtomobili alışaraq yandı

Aynur Camal

Əfsanəvi canavarı tutmaq üçün yola çıxdılar, amma heç vaxt geri qayıtmadılar!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu