12 C
Baku
30 Aprel 2026, 19:31
Baş xəbərDünya

Rusiya pilotsuz təyyarəsinin Odessaya hücumu nəticəsində liman infrastrukturu zədələndi

Bugun.tv xəbər verir ki, Rusiya Ukraynanın Odessa vilayətində gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumda liman infrastrukturuna, taxıl silosu və inzibati binaya ziyan dəydiyi bildirilib. Ukraynanın Odessa vilayətinin Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper sosial media hesabından açıqlama verərək, Rusiyanın bölgənin cənubundakı İzmail rayonuna gecə saatlarında 3 saat ərzində hücum təşkil etdiyinə diqqət çəkib. Bu, son 5 gündə rayona edilən dördüncü hücumdur. Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən yazılı açıqlamada, Rusiya ordusunun gecə saatlarında Şahed-136/131 tipli PUA-larla Sumi və Odessa bölgələrinə hücum etdiyi bildirilib. Bəyanatda, əksəriyyəti Odessanın cənub bölgələri istiqamətində olmaqla ümumilikdə 33 Rusiya PUA-nın havaya buraxıldığı, “Ukrayna müdafiə qüvvələrinin hava hücumundan müdafiəsi ilə əməkdaşlıq çərçivəsində 25 PUA məhv edilib” deyilir.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu