17.9 C
Baku
13 May 2025, 5:14
Baş xəbərDünya

Rusiya prezidenti Putin Azərbaycandadır: İki ölkə arasında strateji tərəfdaşlıq işləyir!

Rusiya Prezidenti Vladimir Putini Azərbaycanda rəsmi səfəri çərçivəsində Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov qarşılayıb. Səfərin proqramı ilə bağlı Kreml Sarayından açıqlama verilib.

Rusiya prezidenti Vladimir Putin rəsmi diplomatik səfər çərçivəsində Azərbaycanın paytaxtı Bakıya gəlib. Putini paytaxt Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

BİR ÇOX MƏSƏLƏLƏR MÜZAKİRƏ OLACAQ

Putinin səfəri zamanı o, Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək, regional problemlərin, həmçinin Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsinin müzakirə olunacağı gözlənilir.

“STRATEJİ TƏRƏFDAŞLIQ VƏ İTTİFAK…”

Kreml Sarayından verilən açıqlamada, “Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafı ilə yanaşı, aktual beynəlxalq və regional problemlər də müzakirə olunacaq. “İki ölkə prezidentləri tərəfindən birgə bəyannamə qəbul olunacaq, hökumətlərarası və digər məsələlərlə bağlı bir çox sazişlər imzalanacaq”.

Azərbaycanın paytaxtı Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Valdimir Putinin qeyri-rəsmi görüşü olub.

Rusiya prezidenti Vladimir Putin rəsmi səfərdə olduğu Azərbaycanda təmaslara başlayıb.

Putinin Zaqulba Prezident İqamətgahında Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə qeyri-rəsmi görüşü olub.

Mənbə:  TGRT

Aynur Camal

Oxşar xəbərlər

H.Matsuno: “Yaponiya hökumətinin Rusiya ilə münasibətlərə dair mövqeyi  dəyişməyib”

Nigar Məmmədova

iPhone 18-i gözləmək üçün 2 səbəb

Aynur Camal

Müğənni Xatuna qızıl hədiyyələr gəldi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu