21 C
Baku
8 Oktyabr 2024, 3:35
Baş xəbərDünya

Rusiya: Ukrayna 144 PUA ilə Moskva da daxil olmaqla Rusiya ərazisinə hücum etdi

Rusiya rəsmiləri Ukraynanın paytaxt Moskva da daxil olmaqla Rusiya ərazisinə 144 pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil etdiyini və bir uşağın öldüyünü bildirib. Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukraynanın PUA-larla Rusiya ərazisindəki elementlərə hücum etməyə cəhd etdiyi bildirilib.

Açıqlamada 144 PUA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu, onlardan 20-nin isə Moskva vilayətində vurulduğu bildirilib.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bölgədə pilotsuz təyyarənin yaşayış binasına çırpılması nəticəsində bir uşağın öldüyünü, 4 nəfərin yaralandığını açıqlayıb.

Rusiya Federal Aviasiya Agentliyindən (Rosaviatsiya) edilən yazılı açıqlamada, mülki təyyarələrin təhlükəsizliyi ilə əlaqədar Moskva hava limanlarında uçuşların müvəqqəti olaraq məhdudlaşdırıldığı açıqlanıb.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Prezident fərman imzaladı

Bugün TV

Meşəlik ərazidə yanğın oldu

Bugün TV

ABŞ Çinlə müharibə olacağı təqdirdə yüksək qiymət ödəyəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu