7 C
Baku
21 Dekabr 2025, 5:45
Baş xəbərDünya

Rusiya: Ukrayna ABŞ-la danışıqlar zamanı enerji infrastrukturuna hücum etdi

Rusiya Müdafiə Nazirliyi dünən Səudiyyə Ərəbistanında ABŞ-la danışıqlar zamanı Ukraynanın Rusiyanın enerji infrastrukturuna hücum etdiyini bildirib.

Nazirlikdən verilən yazılı açıqlamada Ukraynanın dünən pilotsuz uçuş aparatı (PUA) ilə Krasnodarda elektrik infrastrukturuna hücum təşkil etdiyi bildirilib.

Açıqlamada hücuma görə elektrik kəsilməsinin yaşandığı və Luqansk bölgəsində təbii qaz paylama stansiyasına da İHA hücumu edildiyi qeyd edilib.

ƏRRİYADDA DANIŞAQLAR KEÇİRİLDİ

Sözügedən hücumların dünən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya arasında aparılan danışıqlar zamanı həyata keçirildiyi vurğulanıb.

Rusiya Müdafiə Nazirliyi dünən enerji infrastrukturuna müxtəlif hücumların edildiyini açıqlayıb.

Martın 18-də ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşdən sonra tərəflərin enerji infrastrukturu obyektlərinə hücumları 30 gün müddətinə dayandırmaq barədə razılığa gəldiyi bildirilib.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

İsrail fələstinliləri köç etməyə məcbur etməkdə davam edir

Aynur Camal

YUNESKO-nun siyahısında olan qədim şəhər dağıdıldı: Ölənlər çoxdur

Aynur Camal

Sivasda 8 adamın həyatını itirdiyi qəzada avtobus sürücüsü həbs olundu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu