27 C
Baku
27 İyul 2024, 3:34
Dünya

Rusiya Ukrayna ordusundan ələ keçirilən Qərb texnikasını nümayiş etdirir

Rusiya ordusu Ukraynadan ələ keçirdiyi ABŞ, Fransa və Almaniya kimi Qərb mənşəli silah və texnikanı Qələbə Parkında nümayiş etdirməyə başlayıb.

Rusiya 2022-ci il fevralın 24-də başlayan müharibədən bəri Ukraynada ələ keçirdiyi hərbi texnika və silahları nümayiş etdirir.

Paytaxt Moskvanın Qələbə Parkında keçirilən sərgidə ABŞ, Fransa, Finlandiya, Almaniya, İsveç, Avstraliya və Avstriya kimi qərb ölkələrinin avadanlıqları nümayiş etdirilir.

“Tarix təkrarlanır” başlığı ilə açılan sərginin giriş hissəsində tank məhv edən kimi tanınan və İkinci Dünya Müharibəsində sovet ordusu tərəfindən əsir götürülən Alman Marder 2 tipli zirehli döyüş maşını yerləşdirilib.

“Qələbəmiz qaçılmazdır” yazılmış plakatların asıldığı və zirehli texnikanın nümayiş olunduğu sərgidə 30 tank, o cümlədən Amerikanın “Bradley” zirehli döyüş maşını və M1 Abrams tankı, Almaniyanın “Leopard 2” tankı, İsveçin CV90 zirehli döyüş maşını, Britaniyanın M777 haubitsa və “Husky” zirehli maşını, Fransanın AMX-10RC zirehli texnikası nümayiş etdirilib.

Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir: “Sərgi ərazisində NATO hərbi-siyasi blokuna daxil olan xarici dövlətlərin ordularının yüngül və ağır silahları, həmçinin pilotsuz uçuş aparatları, rabitə vasitələri və Ukrayna neonasistlərinin texnikası sərgilənir”.

Qərbin göndərdiyi heç bir hərbi texnikanın döyüş meydanındakı vəziyyəti dəyişdirə bilməyəcəyi qeyd edilən bəyanatda “Düşmən məğlub olacaq” ifadəsi yer alıb.

Çox sayda Rusiya vətəndaşının axın etdiyi sərgi mayın 31-dək açıq qalacaq.

Mənbə: Ntv.Tr

İntizar Əmirova

Oxşar xəbərlər

Bu il dünyada əhalinin sayı 75 milyon nəfər artdı

Teymur Əziz

Dmitri Medvedev Ukraynada tikiləcək olan “Rheinmetall”- tank zavodunu kaliber zərbələri endirməklə hədələdi

Aynur Camal

Fıstıq qabıqlarını qaynadın və o problemlərlə vidalaşın…

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu