DünyaSiyasət

Rusiya: Ukrayna üzərində təzyiqi artırmağa davam edəcəyik

Bugun.tv xəbər verir ki, Kremlin Rusiyanın qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün Ukrayna rəhbərliyi üzərində təzyiqi artırmağa davam edəcəyini bəyan edib.

Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya Kiyevə qarşı təzyiq siyasətini davam etdirəcək. Onun sözlərinə görə, bu addımlar ölkənin müəyyən etdiyi hədəflərə çatmağa xidmət edir.

Peskov qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukraynanın paytaxtı Kiyev və digər yaşayış məntəqələrinə endirilən zərbələrin nəticələri barədə Prezident Vladimir Putinə məruzə edib.

Kremlin sözçüsü iddia edib ki, həyata keçirilən hücumlar yalnız hərbi və ya hərbi təyinatlı obyektləri hədəf alıb. O, eyni zamanda Avropa ölkələrini Rusiya ilə gərginliyi artırmaqda ittiham edərək, Avropa İttifaqının militarizasiya və qarşıdurma yolunu seçdiyini bildirib.

Bu arada, Ukrayna Hərbi Hava Qüvvələrinin yaydığı məlumata görə, Rusiya son hücum zamanı Ukrayna ərazisinə 70 raket və 496 pilotsuz uçuş aparatı ilə zərbələr endirib.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

II Dünya müharibəsinin batmış gəmiləri üzə çıxdı

Aynur Camal

Tramp: İsrail Qəzzaya hücum etməməlidir

Aynur Camal

Su anbarını 96 milyon qara top ilə örtməklə quraqlığa son qoyuldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu