Bugun.tv xəbər verir ki, bu gün Rusiya Müdafiə Nazirliyi Ukraynanın Sumı vilayətində iki yaşayış məntəqəsinin Rusiya qüvvələrinin nəzarətinə keçdiyini bildirib.
Məlumata əsasən, Rusiyanın “Şimal” qoşun qruplaşması bölgədə Ukrayna ordusuna qarşı əməliyyatlar həyata keçirib. Nazirlik açıqlayıb ki, əməliyyatlar zamanı Ukrayna qüvvələri canlı qüvvə və hərbi texnika baxımından itkilər verib.
Eyni zamanda TASS yazır ki, Ukrayna ordusunun Kursk və Belqorod vilayətləri istiqamətində artilleriya və pilotsuz uçuş aparatları ilə hücumları davam edir. Rusiya tərəfi son sutka ərzində sərhəd bölgələrində onlarla hücum qeydə alındığını iddia edib.
Agentliyin məlumatında həmçinin qeyd olunur ki, Moskva Ukrayna ilə bağlı danışıqlar prosesinin yalnız Rusiyanın təhlükəsizlik tələbləri nəzərə alınacağı halda mümkün olduğunu bildirir. Rusiya xarici işlər naziri Sergey Lavrov münaqişənin həlli üçün təhlükəsizlik məsələlərinin əsas şərt olduğunu vurğulayıb.
Mənbə: TASS
