Dünya

CNN: ABŞ-da İran razılaşması ətrafında siyasi müzakirələr genişlənir

Bugun.tv xəbər verir ki, ABŞ prezidenti Donald Trampın İranla mümkün razılaşma istiqamətində addımları Vaşinqtonda siyasi müzakirələri gücləndirib.

Məlumatda bildirilir ki, Tramp administrasiyası İranla əldə olunacaq yeni sazişin 2015-ci il nüvə razılaşmasından fərqli olacağını vurğulayır. Ağ Ev Tehranla danışıqlar prosesinin davam etdiyini və sanksiyaların yalnız yekun razılaşmadan sonra yumşaldıla biləcəyini açıqlayıb.

Eyni zamanda Respublikaçılar Partiyasının bəzi üzvləri administrasiyanın İran siyasətini sərt tənqid edib. Analitiklər hesab edirlər ki, Yaxın Şərqdəki proseslər ABŞ daxilində seçkiöncəsi siyasi gündəmə ciddi təsir göstərir.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-da 15 yaşlı məktəbli qubernatorluğa namizəd olub

Aynur Camal

Novosibirsk alimləri Marsdakı gələcək baza üçün robotları sınaqdan keçirir

Aynur Camal

Rusiya: Ukraynanın hücumlarına cavab olaraq Britaniyanın hərbi obyektləri hədəf alına bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu