27 C
Baku
27 İyul 2024, 3:24
Baş xəbərSiyasət

Rusiya XİN: Paşinyan siyasi uğursuzluqlarına görə Moskvanı günahlandırmaq istəyir

Bugun.tv APA-ya istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daxili və xarici siyasətdəki uğursuzluqlara görə məsuliyyətdən yayınmaq, günahı Moskvanın üzərinə atmaq istəyir.APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

XİN-in sözlərinə görə, Paşinyanın bu ilin 24 sentyabr tarixindəki çıxışı zamanı səsləndirdiyi fikirlər özündə Rusiyaya qarşı qəbuledilməz hücumları ehtiva edir.

Bəyanatda deyilir ki, XİN bütün bu iddiaları rədd edir.

Bəyanatda o da qeyd olunub ki, Paşinyan faktiki olaraq bütün keçən müddət ərzində Ermənistanın qəsdən Rusiyadan üz döndərməyə hazırlaşdığını etiraf edib. Ermənistanı Qərbin inkişafı vektoruna uyğun istiqamətləndirmək üçün atılan addımları isə Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iddia edilən səhvləri ilə əsaslandırılıb.

XİN vurğulayıb ki, 2020-ci ilin payızında Rusiya və şəxsən Prezident Vladimir Putinin səyləri Ermənistanın tam məğlubiyyətinin qarşısını almağa imkan verdi. Paşinyan bir neçə həftə əvvəl atəşkəsə razılaşsaydı, Ermənistanın itkisi bu qədər ağır olmazdı.

“Rusiya sülhməramlılarının Qarabağda bəzən öz həyatı bahasına başa gələn fədakar fəaliyyəti Rusiyanın İrəvanla Bakı arasında sülhün əldə edilməsi naminə öz missiyasını yerinə yetirməkdə davam edən öhdəliyinin birbaşa sübutudur”, – Nazirlik bildirib.

“Regional məsələlərə gəlincə isə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin noyabrında Qarabağın statusu məsələsini gələcək nəsillərin öhdəsinə buraxmaq barədə centlmen razılaşmasına əməl etmək əvəzinə, Paşinyan Qərbin öyüd-nəsihətlərinə boyun əydi.

Praqa və Brüsseldə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında hərəkət etmək qərarını qəbul etdi və bu da 9 noyabr 2020-ci il tarixdə imzalanan üçtərəfli bəyanatın şərtlərini, eləcə də Rusiya sülhməramlı qüvvələrinin mövqeyini kökündən dəyişdirdi”, – XİN bəyanatda bildirib.

Rusiya Xaric İşlər Nazirliyi onu da əlavə edib ki, Paşinyanın komandasının bu məsuliyyətsiz yanaşması erməni cəmiyyətinin bir hissəsində anlaşılan narazılığa səbəb olub və bu narazılıq xalq etirazlarında ifadə olunub.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Fabrikdə baş verən yanğının söndürülməsi davam edir – FOTO

Nigar Məmmədova

Amerikalı aktrisa Robinson Makkartiyə Zelenskinin “atası” dedi

Nigar Məmmədova

Sabahkı günün imsak-iftar vaxtının duaları

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu