Baş xəbərDünya

Rusiyada həbsxanada iğtişaş: Ölənlər və itkin düşənlər var

Rusiyada həbsxanada iğtişaş törədən məhbuslar mühafizəçilərə bıçaqla hücum edib və əməkdaşları girov götürüblər. Hadisə nəticəsində 1 nəfərin öldüyü bildirilib.

Rusiyanın Volqoqrad vilayətində həbsxanada məhbuslar iğtişaş törədib. Rusiya Federal Penitensiar Xidmətinin (FSIN) verdiyi açıqlamada məhbusların əməkdaşları girov götürdüyü bildirilib. Hadisə anında məhbusun çəkdiyi kadrlarda bıçaqla yaralanan mühafizəçilərin yerdə uzandığı və onlardan birinin boğazının kəsildiyi görünür. Fövqəladə hallar səlahiyyətliləri tərəfindən edilən açıqlamada hücumda 1 nəfərin öldüyü bildirilib. Yaralılardan 4 nəfərin xəstəxanaya aparıldığı öyrənilib.

Təcridxana rəhbərliyindən verilən açıqlamada “İntizam komissiyasının iclası zamanı məhkumlar həbsxana işçilərini girov götürüblər. Hazırda girovların azad edilməsi üçün müdaxilə edilir. Ölənlər var” deyilir.

Yerli mənbələr hücum edənlərin Özbəkistan və Tacikistan vətəndaşları olduğunu bildirsə də, məhbusların kimliyi ilə bağlı rəsmi mənbələr hələlik açıqlama verməyib. İğtişaş törədən məhbusların DEAŞ terror təşkilatının üzvləri olduğu iddia edilib.

Volqoqrad vilayətinin Surovikino şəhərində yerləşən yüksək mühafizəli “İK-19” həbsxanası 1241 nəfərlikdir.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Aynur Camal

Aİ-nin yeni miqrasiya və sığınacaq qaydaları qüvvəyə mindi

Aynur Camal

Qəzzanın ilk qadın amputant futbol komandası bütün çətinliklərə baxmayaraq arzularının ardınca gedir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu