Rusiyanın Çelyabinsk şəhərində 13 yaşlı uşaq məktəbdə terror törədib. Oğlan bıçaq və pnevmatik tapança ilə sinif yoldaşlarına hücum edərək, qız şagirdin boğazını kəsib və azı 4 nəfəri yaralayıb.
Rusiyanın Çelyabinsk şəhərindəki məktəbdə şagirdlər dəhşətli anlar yaşayıblar. 13 yaşlı Roman G. adlı şagird məktəbə bıçaq və pnevmatik tapança ilə gəlib. Məktəbə girərkən təsadüfi tələbələrə hücum etməyə başlayan Roman qız şagirdin boğazını kəsərək başına çəkiclə zərbə endirib. O, başqa bir tələbə qıza da ağır xəsarət yetirib, bir neçə tələbə və müəllimə hücum edib”.
Hadisə şahidləri şübhəlinin “ilk dərsin ortasında məktəbə qara paltarda gəldiyini, ancaq birbaşa sinifə getməyərək tualetə getdiyini” deyib və ondan sonra baş verən qorxulu anları belə izah edib:
“Bir neçə dəqiqə sonra o, qışqıra-qışqıra Biologiya dərsinin keçirildiyi sinif otağına qaçıb və əlindəki çəkici yelləməyə başlayıb. O, əvvəlcə qızlardan birini, sonra müəllimi vurub. Daha sonra başqa bir qızı və oğlan şagirdi vurub. sinifdən çıxıb koridora qaçdı.”
57 yaşlı biologiya müəllimi Nina Şoşina uşaqları qorumaq üçün təcavüzkarı zərərsizləşdirməyə çalışarkən xəsarət alıb. Xəstəxanadan verdiyi açıqlamada müəllim hücumçunun “dərs bitməsinə 5 dəqiqə qalmış Biologiya dərsinə qaçdığını” deyib: “Onun əlində silah və çəkic var idi. Heç nə demədi, sadəcə qışqırdı”.
Bildirilib ki, aqressiv uşaq məktəbdə yaxalanıb və əvvəlcə psixiatra aparılıb. Hücum zamanı yaralananlar təcili olaraq xəstəxanaya aparılıb.
Hücumçunun hadisədən bir neçə saat öncəki paylaşımları diqqət çəkib. Sosial şəbəkədə paylaşım edən hücumçu “Putin xalqı əsarət altına alıb” yazıb və Rusiya liderini “nasizm”də ittiham edib.
Hadisə ilə bağlı istintaqın davam etdiyi bildirilib.
Mənbə: TGRT