Image default
Texnologiya

Rusiyada qəribə trend: Bəzi kişilər “daha kişi kimi görünmək” üçün iPhone-larını qəsdən sındırırlar

Bugun.tv xəbər verir ki, Rusiyada TikTok platformasında yayılan qeyri-adi sosial media trendi qısa müddətdə böyük maraq doğurub. Yeni axına qoşulan bəzi kişilər daha “kişiyə xas” görünmək məqsədilə iPhone telefonlarını qəsdən zədələyirlər.

Rusiya mətbuatının məlumatına görə, trend qadın istifadəçilərin paylaşdığı satirik videolardan sonra yaranıb. Həmin videolarda yeni model iPhone istifadə edən kişilər zarafatla tənqid olunur, köhnə və ekranı və ya korpusu zədələnmiş iPhone 11 işlədən kişilərin isə daha “real” və “maskulin” göründüyü iddia edilirdi.

iPhone

Bu paylaşımlar milyonlarla baxış topladıqdan sonra bəzi kişi istifadəçilər bunu zarafat kimi qəbul etməyərək telefonlarını bilərəkdən cızmağa, arxa şüşəsini sındırmağa, künclərini əzməyə, hətta cihazda deşiklər açmağa başlayıblar.

Trendə aid videolarda telefon nə qədər köhnə və zədələnmiş görünürsə, bir o qədər uğurlu hesab olunur. Bəzi istifadəçilərin isə bu səbəbdən telefonlarını tamamilə yararsız vəziyyətə saldığı bildirilir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Voyager 1 Yer kürəsindən rekord məsafəyə uzaqlaşacaq

Aynur Camal

Rubin Rəsədxanası kainatı 10 il ərzində fasiləsiz müşahidə edəcək

Aynur Camal

Yeni elmi ekspedisiyaya: Buzlaqların əriməsinin iqlimə təsiri araşdırılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu