23 C
Baku
21 İyul 2024, 17:04
Dünya

Rusiyada sinaqoq və kilsəyə terror hücumu: 9 ölü

Rusiyanın Dağıstan şəhərində sinaqoq və kilsədə terror aktı törədilib. Bölgədə qarşıdurmaların davam etdiyi bildirilərkən, azı 9 nəfərin öldüyü bildirilir.

Rusiyanın Dağıstan Muxtar Respublikasında axşam saatlarında naməlum şəxslər sinaqoq və kilsəyə silahlı basqın ediblər. Bölgədəki polis məntəqəsində polis əməkdaşlarının müdaxiləsi ilə başlayan qarşıdurmada 1 polis əməkdaşı həyatını itirib, digəri isə yaralanıb.

Rusiya Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamada, “Dərbənddə sinaqoq və kilsəyə saat 18.00 (GMT+3) radələrində hücum edilib. “İlkin təsbitlərə görə, 1 polis məmuru ölüb, 1 polis məmuru yaralanıb”, – hücum edənlərin ağ rəngli avtomobillə hadisə yerindən qaçdığı bildirilib.

Münaqişədən sonra sinaqoqda yanğın başlayıb və yanğına yanğınsöndürənlər müdaxilə edib. Bölgə rəsmiləri və istintaq komitəsinin üzvlərindən ibarət qrup böhran masası yaradıb. Rusiya İstintaq Komitəsi tərəfindən bölgəyə ekspertlərin göndərildiyi və hücum edənlərin müəyyən edilərək tutulması üçün bölgədə işlərə başlanıldığı bildirilib.

Dağıstan Müftiliyi tərəfindən verilən açıqlamada hücumlarda 7-si polis olmaqla 9 nəfərin həyatını itirdiyi, 25 nəfərin yaralandığı bildirilib.

Hücum edənlərin tutulması istiqamətində işlər davam edərkən, Dağıstan Daxili İşlər Nazirliyinin sözçüsü Qayana Qariyeva 4 hücumçunun zərərsizləşdirildiyini açıqlayıb və “Hüquq-mühafizə qüvvələri Mahaçqalada indiyədək 4 hücumçunu zərərsizləşdirib” deyib. Bölgədə təhlükəsizlik qüvvələri ilə hücum edənlər arasında qarşıdurmalar davam edir.

Dağıstanın Serqokala kəndinin mərkəzində naməlum şəxslər polis maşınına atəş açıb. Hücum zamanı 1 polis əməkdaşı yaralanıb. Hücum edənlər avtomobillə ərazidən qaçıblar. Dağıstanda ardıcıl hücumlardan sonra bölgədə geniş təhlükəsizlik tədbirləri görülüb. Rusiya Daxili İşlər Nazirliyi İnquşetiya, Çeçenistan və Kabardin-Balkarda təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb. Rusiya İstintaq Komitəsi hücumlarla bağlı araşdırmaların davam etdiyini və hücumlarla əlaqəsi olduğu güman edilən şəxslərin müəyyən edilməsi üçün səylərin davam etdiyini açıqlayıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

İkiyə bölünmüş pilotsuz uçuş aparatı tapıldı

Nigar Məmmədova

Ukraynanın silah alması üçün gizli qrup yaradılıb

Aynur Camal

 İsrail Misir sərhədindəki münaqişədən sonra yeni tədbirlər görür

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu