Baş xəbər

Rusiyadan Ermənistana reaksiya: “Paşinyan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu etiraf etdi”

Bugun.tv xəbər verir ki, Rusiyanın xarici işlər naziri Lavrov Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 Liderlər Sammitinin bağlanmasından sonra mətbuat konfransı keçirib.

Ermənistanda bəzi rəsmilərin sual üzərinə “Moskva Qarabağı Azərbaycana verib” bəyanatları səsləndirdiyini xatırladan Lavrov bu bəyanatların tamamilə yalan və vicdansız olduğunu vurğulayıb.

Lavrov xatırladıb ki, Ermənistan özü də bu regionun Madrid prinsipləri ilə Azərbaycanın bir hissəsi olduğunu qəbul edib.

Ermənistanın gələn həftə ABŞ-la planlaşdırdığı hərbi təlimi şərh edən Lavrov deyib: “Ermənistan administrasiyasının hərəkətlərindən təəssüflənirik. Təbii ki, təcavüzkar NATO ölkəsinin Cənubi Qafqaza girməyə cəhd etməsini yaxşı hal kimi görmürük. Düşünürəm ki, bu, Ermənistan da daxil olmaqla, heç kimə yaxşı deyil. Harada olursa olsun, amerikalılar peyda olur, onların dünyanın hər yerində yüzlərlə bazası var. Bu, yaxşı nəticəyə gətirib çıxarmır”, – bildirib.

Mənbə: TRT Haber

Kəmalə Sultan

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan qarşılıqlı müdafiə sazişi imzaladı

Aynur Camal

Prezident İlham Əliyev Media və Yayım Şurası ilə bağlı fərmanı təsdiqlədi

Aynur Camal

“Media haqqında” qanunlara dəyişiklik qəbul edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu