Dünya

Rusiyanın bu addımı Trampı qəzəbləndirdi

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Hindistanın Rusiya neftini almağa davam etdiyini açıqlayıb. “Deyə bilərəm ki, Hindistan Rusiya neftini almağa davam edir”, – deyə Rudenko Moskvada jurnalistlərin sualına cavab olaraq bildirib.

ABŞ prezidenti Donald Tramp  Hindistanın Rusiyadan neft idxalını “əhəmiyyətli dərəcədə azaltdığını” iddia edib. Lakin Rudenkonun son açıqlamaları Vaşinqtonun iddiasını təkzib edir.

Rusiyanın Hindistana neft daşınmalarında endirim təklif edib-etmədiyi soruşulduqda, Rudenko bu məsələ ilə bağlı heç bir məlumata malik olmadığını bildirib.

ABŞ administrasiyası bu ticarəti əsas gətirərək Rusiyadan ən böyük neft idxalçılarından biri olan Hindistana 50% tarif tətbiq etdi. Bu qərar iki ölkə arasında enerji münasibətlərində yeni bir gərginlik nöqtəsi yaradıb.

Mənbə: Tgrthaber

Aynur Camal

Oxşar xəbərlər

Alimlər qocalmanın təsirlərini azaltmağa ümid verən dəniz canlısı maddəsi aşkarlayıblar

Aynur Camal

Tramp mal ətinin mənşə ölkəsinin etiketlənməsi ilə bağlı sərəncam imzalayacaq

Aynur Camal

Yanacaq böhranı: Vətəndaşlar benzin üçün saatlarla növbə gözləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu