25 C
Baku
27 İyul 2024, 4:15
Dünya

Rusiyanın təklifi onları cəlb etdi! Onlar dəstə-dəstə orduya qoşulurlar

2022-ci ilin fevral ayından bəri davam edən Rusiya-Ukrayna müharibəsində 2023-cü ilin sentyabr və oktyabr aylarında Rusiya ordusuna qatıldığı iddia edilən 200-dən çox kubalının pasport məlumatları Ukrayna tərəfdarı InformNapalm adlı platforma tərəfindən internetə sızdırılıb.

Ukraynayönlü platforma olan InformNapalm saytı bildirib ki, kubalıların pasport məlumatları Moskvanın cənubunda yerləşən Tulada rusiyalı hərbi xidmətə çağırışçının elektron poçtları ələ keçirilərək əldə edilib.

Facebook-da aparılan axtarış nəticəsində məlum olub ki, Ukrayna sızıntılarında qeyd olunan adlardan 31-i sahibləri Rusiyada olan və ya Rusiya ordusu ilə əlaqəli görünən hesablarla uyğun gəlir.

Kubalılardan bəziləri rus ordusunun hərbi formasını geyinərək fotolar çəkdirib və bu fotoları sosial media hesablarında yayıblar. Bir çoxları Facebook hesablarında indiki yaşayış yerlərini Rusiya kimi qeyd ediblər.

Kubalı kişiləri Rusiyanın təklif etdiyi gəlirli hərbi müqavilələr, Rusiya vətəndaşlığı və ABŞ-ın sanksiyaları altında olan Kubada pisləşən iqtisadi böhrandan xilas olmaq imkanları cəlb edirdi.

İnternetə sızan sənədlərdə və media xəbərlərində Rusiyanın Rusiya ordusuna qatılan kubalı kişilərə aylıq 2 min dollar (64 min 600 TL) civarında ödəniş təklif etdiyi iddia edilib. Bu, orta aylıq əmək haqqının 35 dollardan (1100 TL) aşağı olduğu Kuba üçün ciddi pul mənbəyi kimi qiymətləndirilir.

2022-ci ildə Ukraynaya qarşı müharibə başlayandan bəri Rusiya əcnəbilərin orduda xidmət etdikdən sonra Rusiya vətəndaşlığını əldə etmələrini əhəmiyyətli dərəcədə asanlaşdırmaq üçün addımlar atıb. Rusiya pasportu 117 istiqamətə vizasız gediş-gəliş imkanı verir.

Məşhur kubalı YouTube yaradıcısı keçən il Rusiyada tikinti işləri təklif edildiyini, lakin əvəzində Ukraynada cəbhə bölgəsinə göndərildiyini iddia edən 19 yaşlı iki kubalı yeniyetmənin hekayəsini danışdı.

Ukrayna rəsmiləri son aylarda Rusiya qüvvələrinə qoşulan xarici əsgərlərin sayında artım müşahidə etdiklərini və Ukrayna ordusunun döyüş meydanında əsir götürdüyü əsgərlər arasında əcnəbilərin olduğunu bildirib.

Ukraynanın hərbi əsirlər agentliyinin sözçüsü Petro Yatsenko BBC-yə bildirib ki, onların əksəriyyəti Kuba, Hindistan və Nepal kimi aşağı gəlirli ölkələrdən, həmçinin Afrika və Mərkəzi Asiya ölkələrindən gəlib.

Yatsenko, “Hər həftə xarici ölkələrdən beşə qədər insanı cəbhə xəttində əsir götürülür” deyib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Putin Avro 2024-də casus gəmisi ilə alman telefonlarına qulaq asır!

Aynur Camal

2 ton partlayıcıya bərabər fabrik partladı

İntizar Əmirova

Çin Yaponiya səfirini nazirliyə çağıraraq etirazını bildirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu