Image default
Dünya

Rütte: NATO Avropada ABŞ silahlarının istehsalına başlayacaq

NATO Avropada ABŞ istehsalı olan bir sıra əsas silah sistemlərinin istehsalı və texniki xidmətini həyata keçirməyə imkan verəcək yeni sənaye əməkdaşlığı layihələrinə start verir.

Bugun.tv xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte Ankarada keçirilən NATO Müdafiə Sənayesi Forumunda çıxışı zamanı məlumat verib.

Rüttenin sözlərinə görə, ABŞ və aparıcı Amerika müdafiə şirkətləri Avropanın ən iri müdafiə sənayesi müəssisələri ilə yeni əməkdaşlıq razılaşmaları əldə ediblər. Bu çərçivədə Abrams tankları, AMRAAM, ATACMS, Barracuda 500M, Small Diameter Bomb aviabombaları və Stinger zenit-raket komplekslərinin istehsalı və texniki xidməti Avropa ərazisində həyata keçiriləcək.

Baş katib bildirib ki, layihələrdə ABŞ-ın Boeing, Lockheed Martin, Raytheon, General Dynamics Land SystemsAnduril şirkətləri, Avropadan isə Rheinmetall, Diehl və Polşanın PGZ müdafiə şirkəti iştirak edəcək.

Mark Rütte bu razılaşmaları NATO daxilində transatlantik müdafiə sənayesi əməkdaşlığının mühüm göstəricisi kimi qiymətləndirib.

O, həmçinin NATO Engine adlı yeni təşəbbüsün başladıldığını açıqlayıb. Layihənin məqsədi Atlantikanın hər iki sahilində yerləşən müttəfiq ölkələrin istehsal imkanlarını birləşdirmək, müasir zavod və istehsal şəbəkəsi yaratmaq, silah istehsalını əhəmiyyətli dərəcədə artırmaqdır.

Rütte qeyd edib ki, təşəbbüs çərçivəsində hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli zərbə vasitələrinin istehsalına xüsusi diqqət yetiriləcək. Yeni layihələrin Ukraynaya silah tədarükünün artırılmasına və NATO ölkələrinin ehtiyatlarının bərpasına da töhfə verəcəyi bildirilib.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Çin 2030-cu ilədək hər üç avtomobildən birini elektrikli etməyi hədəfləyir

Aynur Camal

Trampın federal komissarları işdən çıxarması ABŞ-da seçki mübahisəsini alovlandırdı

Aynur Camal

İranın yeni Ali Rəhbərinin görünməməsi İslam Respublikasının yükünə çevrilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu