25 C
Baku
27 İyul 2024, 4:21
Dünya

Şəhərdə timsah həyəcanı!

BƏƏ və Omandan sonra fırtına İranı da vurub. İranda sel fəlakəti zamanı səlahiyyətlilər timsah hücumlarına qarşı ictimaiyyəti xəbərdar edib.

İranın yarı-rəsmi xəbər agentliyi Mehr-in dünənki xəbərində bildirilib ki, daşqın ölkənin cənub-şərqindəki Sistan-Bəlucistan əyaləti və Hörmüzqan vilayətinə də təsir edib.

Rəsmi xəbər agentliyi İRNA-ya danışan Sistan-Bəlucistan Böhran Mərkəzinin sədri Məcid Muhibbi, daşqın zamanı dəmir yolunda işləyən 3 işçinin su altında qalaraq öldüyünü açıqlayıb.

O da bildirilib ki, daha 5 nəfər, o cümlədən 5 yaşlı uşaq həyatını itirib.

Sistan-Bəlucistan Ətraf Mühit Təşkilatı tərəfindən dünən yayımlanan açıqlamada timsahların sel səbəbiylə təbii yaşayış yerlərini tərk etdiyi və şəhərlərə enə biləcəyi xəbərdarlığı edilib.

Elmi adı Crocodylus palustris olan və bataqlıq timsahı kimi də tanınan bu növə ümumiyyətlə İran və Hindistanın cənubunda rast gəlinir.

 Ştat sakinlərindən sel suları tamamilə çəkilənə qədər bataqlıqlara, bataqlıq ərazilərə və vəhşi təbiətin yaşayış yerlərinə yaxın səyahət etməmələri xahiş olunub.

İran Qızıl Aypara Cəmiyyəti dünənki açıqlamasında iki avtobusda sıxışan 43 nəfərin xilas edildiyini bildirib.

Bazar ertəsi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Omanı vuran tufan çərşənbə axşamı İrana çatıb. BƏƏ-də yağıntının miqdarı 24 saatdan az müddətdə 254,8 millimetrə çatıb. Bu, ölkədə son 75 ilin ən yüksək yağıntısı kimi qeydə alınıb.

Dubayda bir çox yolları su bassa da, uçuşlarda da fasilələr yaranıb. BƏƏ-də daşqın nəticəsində bir nəfərin, Omanda isə 10-u uşaq olmaqla 20 nəfərin həlak olduğu bildirilib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Sloveniya iyunun 13-dək Fələstin dövlətini tanımağı planlaşdırır

Teymur Əziz

Cənubi Koreyada hər 10 nəfərdən 9-u it əti yemək istəmir

İntizar Əmirova

Kibertəhlükəsizliklə bağlı danışıqlar aparılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu