25 C
Baku
27 İyul 2024, 4:12
Digər

Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi keçirildi

Bugun.tv xəbər verir ki, ötən gün Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi keçirildi. Tədbir Beynəlxalq Muğam Mərkəzi, “Sağlamlığın Qorunması” İctimai Birliyi, Dünya Musiqi Xəzinəsinin İncisi – Muğam İctimai Birliyi, Sara Xatun Mədəni Maarifçilik İctimai Birliyi birgə təşəbbüsü ilə həyata keçirilib.

Şəhid ailələri və qazilərimizə dövlət tərəfindən daim xüsusi diqqət və həssaslıqla yanaşılır. Bunu göstərmək üçün xüsusi layihələr həyata keçirilir.

Tədbirə başlamazdan əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

“Sağlamlığın Qorunması” İB-nin sədri Yazgül Abdıyeva, Dünya Musiqi Xəzinəsinin İncisi – Muğam İB-nin sədri, əməkdar artist Nuriyyə Hüseynova, Sara Xatun Mədəni Maarifçilik İB-nin sədri Pərvanə Abbasova, Beynəlxalq Muğam Mərkəzinin direktoru əməkdar artist, tarzən Sahib Paşazadə və Medpro MMC-nin rəhbəri Hidayət Heydərova söz verilib. Onlar qonaqları salamlayaraq, Novruz bayramı münasibətilə onları təbrik ediblər. Təşkilatçı ictimai birliklərin rəhbərləri ölkəmizdə Novruz bayramının önəmindən və artıq daha da coşqulu qeyd olunmasından bəhs ediblər. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazandığımız zəfər xalqımızın başını uca etmiş, işğal altında olan dədə-baba yurdlarımızda bayram tonqalları qalamaqla nəticələnmişdir. Şəhidlərimizin, qazilərimizin və ümumilikdə ordumuzun sayəsində vətənimizin ərazi bütövlüyü təmin olunmuşdur. Onlar Şəhid və qazi ailələrinin hər zaman diqqət mərkəzində olmasından və şəhidlərimizə Allahdan rəhmət, qazilərə can sağlığı arzu ediblər.

Daha sonra musiqi proqramı və ziyafətə başlanılıb. Tədbirdə Çilənay Huseynova, Tural Salmanov, Zakir Əliyev, Zabitə Alıyeva, Rəvan Qacayev, Bulbul adına məktəbin tələbələri “Zəfər” kompazisiyası, Milli Konservatoriyanın muğam sinifi Nuriyyə Huseynovanın tələbələri, Ramal İsrafilov, Nisbət Sədrayeva və Nuriyyə Huseynova ifa ediblər.

Sonda Ləzzət Şirniyyatın təşkilatçılığı ilə şəhid ailələri və qazilərə hədiyyələr təqdim olunub.

Mənbə yenigundem.az

Bugün TV

Oxşar xəbərlər

İntizar Əmirova

Səyahətdən sonra səhər yeməyi və günəş vannası qəbul etmək bu problemin qarşısını alır!

Bugün TV

Qazax türkləri Odessada “Yurt” qurdu

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu