Bugun.tv xəbər verir ki, Sinopda sənaye sahəsində baş verən yanğın bir iş yerinə və anbarada sıçrayıb. Xəbər üzərinə hadisə yerinə Sinop Bələdiyyəsi və rayon bələdiyyələrindən xilasetmə qrupları, Meşə Əməliyyat Müdirliyinə aid su maşınları, İl Təhlükəsizlik Müdirliyinin İctimai Hadisələrə Müdaxilə Vasitəsi (TOMA), bələdiyyə iş maşınları, sağlamlıq və təhlükəsizlik qrupları sövq edilib. 3 saatlıq işdən sonra nəzarətə götürülərək söndürülüb. Sinop Bələdiyyə Başçısı Barış Ayhan, burada jurnalistlərə verdiyi açıqlamada yanğının iş yerlərinin sıx olduğu bir bölgədə çıxdığını söylədi.
TRT Haberin məlumatına görə, yanğının söndürülməsi üçün bütün qrupların böyük səy göstərdiyini vurğulayan Ayxan vətəndaşlara tezliklə sağalmalarını dilədi.
Müxbir: Şəms Elnurqızı