15 C
Baku
25 İyun 2025, 6:21
Baş xəbər

Səpilən kimyəvi maddələr nədir və hansı məqsədi daşıyır?

“Britaniyada hökumətin dəstəklədiyi 50 milyon funt sterlinqlik proqram çərçivəsində qlobal istiləşmə ilə mübarizə aparmaq üçün Günəş işığının qarşısını alan üsulları sınaqdan keçirə bilər. Röyters xəbər verir ki, iqlim dəyişikliyini yavaşlatmaq üçün Günəş işığının qarşısını almaq hədəf götürülüb. Bir neçə həftə ərzində təsdiqlənəcək geomühəndislik layihəsində işığı əks etdirən hissəciklərdən ibarət buludları atmosferə vurmaq və ya buludları daha parlaq etmək üçün dəniz suyu spreylərindən istifadə etmək kimi üsullar tətbiq edilə bilər”.

Bugun.tv xəbər verir ki, bu barədə məlumatı müstəqil jurnalist, sosioloq Elçin Bayramlı “Təyyarələrlə bütün dünyaya səpilən maddələr nədir və hansı məqsəd daşıyır”? sualını cavablandırarkən deyib.

O həmçinin qeyd edib ki, digər bir üsul, istiliyi saxlamaq üçün təbii yorğan rolunu oynayan buludların incəldilməsini nəzərdə tutur.

Qeyd olunur ki, layihə uğurlu olarsa, daha az Günəş işığı Yer səthinə çatacaq və bu vəziyyət Yeri müvəqqəti olaraq soyudacaq.

Layihə ARIA kimi tanınan Qabaqcıl Tədqiqatlar və İnnovasiyalar Agentliyi tərəfindən maliyyələşdirilir.

Böyük Britaniya hökuməti mübahisəli eksperimentə 50 milyon funt sterlinq ayırıb, lakin növbəti 4 il ərzində vergi ödəyicilərinin ödəcəyi pulun ümumi məbləği 800 milyon funt-sterlinqdir. Bir çox alimlər Günəşi şüalarının süni şəkildə qarşısını kəsmək planlarına qarşı xəbərdarlıq edirlər.

Əvvəl inkar olunan, indi rəsmi təsdiqlənən qorxulu proyekt

Qeyd edək ki, son illərdə bu proyekt davamlı şəkildə həyata keçirilir. Təyyarələrlə səmadan xüsusi kimyəvi maddələr səpirlər. Bəzi ölkələr öz ərazilərində bu layihənin həyata keçirilməsini qadağan edib. “Chemtrails” adlandırılan proyekt əsasında səmadan kimyəvi toz buludlarının səpilməsi ilə bağlı dünya mediasında və sosial şəbəkələrdə milyonlarla real videofakt yayımlanıb. Bəzi ərazilərdə bu əməliyyatdan sonra ciddi ekoloji və sağlamlıq problemlərinin yaranması müşahidə olunur. Məsələn, qonşu Türkiyə ərazisində bu əməliyyatın həyata keçirilməsi zamanı çəkilmiş saysız hesabsız videomateriallar var. Bu qlobal proses əsasən ABŞ və Britaniya tərəfindən aparılır. Baxmayaraq ki, indiyədək də bunu rəsmi olaraq etiraf etmirdilər. Məsələn, bir neçə il əvvəl jurnalistlər Böyük Britaniyanın Ətraf Mühit, Ərzaq və Kənd Məsələləri üzrə Dövlət Katibindən təyyarələrin kimyəvi izlərinin çirkləndirici təsirləri ilə bağlı hansı araşdırmaların aparıldığını soruşduqda belə cavab vermişdi: “Departament kimyəvi izlər üzərində tədqiqat aparmır, çünki onlar elmi cəhətdən qəbul edilmiş bir fenomen deyil”. Lakin bir neçə il keçməmiş bu proyekt rəsmi olaraq işə salınacağı elan edilir…

Chemtrails proyekti nə deməkdir?

Dünya mediasında yazılanlar və bəzi ekspertlərin fikirləri əsasında aydınlıq gətirməyə çalışaq.

Chemtrails hərbi və mülki təyyarələrin göydə ağ/boz kimyəvi spreyləridir. Bu əməliyyat ilk dəfə 70-ci illərdə qeydə alınmışdı (köhnə fotoşəkillərdə görünür) və aktivlik 80-ci illərdə artmışdı (xüsusilə ABŞ-da). “Qlobal layihə” 1998-ci ilin əvvəlində başlamışdır və bu gün sistematik çiləmə demək olar ki, hər gün və dünyanın demək olar ki, hər yerində aparılır.

Küləyin gücündən və sürükləmə istiqamətindən asılı olaraq, səpilən maddələr saatlarla havada qala və tədricən yayıla bilər. Təxminən 2-5 saat ərzində ağ-boz təbəqə əmələ gəlir və səmaya yayılır, tutqun bir görünüş yaradır.

Xüsusilə aydın havalarda səmaya qalxan təyyarələr şəbəkə sxemində sprey uçuşları həyata keçirirlər. Yaxınlıqda hava limanı olmayan ərazilərdə geri dönüş manevrləri nəticəsində maraqlı birləşmələr formalaşır. Kvadrat (bərabər məsafədə) naxışların formalaşması sübut edir ki, mülki hava hərəkəti bu birləşmələrin formalaşmasında heç bir rol oynamır. Bu uçuşlar havanı sistemli şəkildə süni buludlarla örtmək məqsədi daşıyır. Bəzən iki təyyarənin demək olar ki, eyni hündürlükdə uçduğunu müşahidə edə bilərsiniz, lakin birinin arxasında davamlı zolaq var, digəri isə bir neçə dəqiqədən sonra yox olan qısa zolaq buraxmaqla uçur.

Bəzən bu zolaqda qırılma olur- kimyəvi çən boşaldıqda havada zolaq əmələ gəlməsi dayanır və digər çən işə salındıqda yenidən püskürmə başlayır. Bu vəziyyət müntəzəm olaraq izlənilə bilər. Günəşin çıxması və batması zamanı, xüsusilə günəş işığında havadakı metal hissəciklərindən göy qurşağı rənginin əks olunması müşahidə edilir.

Su buxarı ilə kimyəvi spreyin müqayisəli fərqi

Chemtrails və su buxarı zolaqları (Contrails və ya Sublimasiya zolaqları) arasındakı ən bariz fərq onların göydə qalıcı olmasıdır. Su buxarı adətən 10000 metr yüksəklikdə -40°C-dən aşağı hava temperaturunda əmələ gəlir. Normal su buxarı (Contrails) adətən 3-4 saniyədən sonra, bəzən bir neçə dəqiqə ərzində yox olur, lakin istisna hallarda 20 dəqiqəyə qədər davam edə bilər.

Chemtrails buludları isə küləyin sürətindən və istiqamətindən asılı olaraq bir neçə saat ərzində dağılır. İncə zolaqlar tədricən genişlənir, südlü bulud şorbası yaradır. Püskürdülən kimyəvi maddənin nüvəsində borium duzları və alüminium hissəcikləri var. Kanadada yağış suyu ilə bağlı aparılan tədqiqatlar zamanı havada alüminium dəyərlərinin 20 dəfə yüksək olduğu ortaya çıxıb. Kimyəvi kokteylin təxminən bir il havada qalmasını təmin etmək üçün polimer qarışığı daşıyıcı material əlavə edilir. Su buxarlarında heç vaxt görülməyən bir görünüşü (3-cü fotoşəkildə görünən) kimyəvi turbulentlər (aşağıya doğru asılmış birləşmələr).

Chemtrails kokteyllərində aşkar edilə bilən başqa bir maddə: JP8 110 reaktiv yanacağı ilə qarışdırılmış etilen dibromid (EDB). Bu kimyəvi pestisid 1983-cü ildə EPA tərəfindən qadağan edilib, çünki o, kanserogen və kimyəvi toksindir.

Chemtrails-in məqsədi nədir?

İddia edilir ki, alüminium hissəcikləri izolyasiya qatı əmələ gətirərək və günəş şüalarını əks etdirərək qlobal istiləşmə ilə mübarizədə köməkçi element olacaq. Guya borium oksidləşməsinin havada istixana effektinə səbəb olan karbon dioksidi bağlaması və neytrallaşdırması baş verəcək. Avropa ölkələrində gətirilən bəhanələrdən biri də bu cür hərəkətlərlə insanların baş verə biləcək kimyəvi müharibəyə qarşı peyvənd edilməsi, başqa sözlə desək, insanların müdafiəsi uğrunda mübarizə aparıldığıdır.

Belə bəhanələr doğru olsaydı, illərdir davam edən hava manipulyasiyasını niyə insanlardan gizli saxlamaq istəyirdilər?

Deyilənən əksinə, alüminium hissəcikləri atmosferdə istiliyi tutmaq və qlobal istiləşməyə səbəb ola bilər. İzolyasiya edən təbəqə yaratmaq istəsəydilər, metal hissəcikləri 12 km yüksəklikdə troposferə deyil, 50 km yüksəklikdə stratosferə səpilərdi. Çünki metal hissəcikləri stratosfer təbəqəsində daha uzun müddət qala bilər və Günəş şüaları daha təbii şəkildə əks oluna bilirdi.

Metal hissəciklərin troposferə atılmasının arxasında başqa mülahizələr olduğu aydın olur. Məsələn, metal hissəciklərdən istifadə edərək havanı və müəyyən əraziləri daha yaxşı idarə etmək üçün HAARP texnologiyasının tətbiqi.

Bəs HAARP nədir?

HAARP- atmosferin yuxarı hissəsini, xüsusən də ionosferi öyrənmək üçün yüksək tezlikli elektromaqnit dalğalarından istifadə edən Amerika mülki və hərbi tədqiqat proqramıdır. Bir çox konspiroloqlar Alyaskadakı HAARP qurğusunun fəaliyyəti ilə son illərdə dünyada baş verən daşqınlar, elektrik enerjisinin kəsilməsi, vulkan püskürmələri, zəlzələlər və sunamilər kimi təbii fəlakətlər arasında əlaqə görürlər.

Ehtimal olunur ki, HAARP texnologiyası geofiziki müharibə üçün də istifadə edilə bilər. HAARP-ın həmçinin düşmən təyyarələrini və ya kosmik gəmilərini məhv etmək və ya sıradan çıxarmaq, hətta dünyanın böyük bir hissəsində rabitəni (İnternet və Telekommunikasiya) tamamilə iflic etmək potensialına malik olduğu deyilir.

Müstəqil Jurnalist, Sosioloq Elçin Bayramlı

Aynur Camal

Oxşar xəbərlər

56-cı Beynəlxalq Kimya Olimpiadasında məktəblilərimiz 1 gümüş və 3 bürünc medal qazanıblar

Aynur Camal

Kostas Sloukas Avroliqada həftənin oyunçusu seçildi

İntizar Əmirova

“Togg”un sedan modeli də istehsal olunacaq

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu