Bugun.tv xəbər verir ki, Ədirnədə Bolqarıstan sərhədində baş verən meşə yanğınına qruplar müdaxilə edir.Mərkəzin Hatip və Suakacak kəndləri arasında sərhəd xəttindəki meşəlik ərazidə hələ naməlum səbəbdən yanğın baş verib. Yanğın sərhədin o biri tərəfinə keçib.
“TRT Haber”in məlumatına görə, Vəziyyətin bildirilməsi üzərinə Ədirnə Meşə Əməliyyat Müdirliyi qrupları bölgəyə sövq edildi. Söndürmə işlərinə Kırklareli Meşə Əməliyyat Müdirliyi və Ədirnə Bələdiyyəsi Yanğınsöndürmə briqadası qruplarının da dəstəyi ilə 2 dozer və bir helikopter də cəlb olunub. Söndürmə işləri davam edir.
Müxbir: İntizar Əmirova