Ukrayna, Lvov qatar qəzası, sərnişin qatarı, lokomotivlə toqquşma, yaralanan sərnişinlər, Pidzamçe stansiyası, dəmir yolu qəzası, Ukrayna xəbərləri
DünyaHadisə

Sərnişin qatarı lokomotivlə toqquşdu: 8 nəfər yaralandı

Bugun.tv xəbər verir ki, Ukraynanın Lvov şəhərində sərnişin qatarı ilə elektrik lokomotivi toqquşub. Hadisə nəticəsində səkkiz nəfər xəsarət alıb.

“The Kyiv Independent” nəşrinin oktyabrın 9-da yaydığı məlumata görə, qəza oktyabrın 8-də Pidzamçe dəmir yolu stansiyasından çıxan Lvov–Sokal marşrutu üzrə hərəkət edən dizel qatarının elektrik lokomotivi ilə toqquşması nəticəsində baş verib.

Ukraynanın dövlət dəmir yolu operatoru “Ukrzaliznytsia” ilkin olaraq qatarın maşinistinin ayağından xəsarət aldığını və dörd sərnişinin tibbi yardıma ehtiyac duyduğunu açıqlayıb. Daha sonra yaralıların sayının səkkizə çatdığı bildirilib.

Lvov vilayətinin Təcili Tibbi Yardım Mərkəzinin nümayəndəsi Tetiana Andreyevanın sözlərinə görə, xəsarət alanlardan beşi xəstəxanaya yerləşdirilib, üç nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

Ukrayna, Lvov qatar qəzası, sərnişin qatarı, lokomotivlə toqquşma, yaralanan sərnişinlər, Pidzamçe stansiyası, dəmir yolu qəzası, Ukrayna xəbərləri
Ukrayna, Lvov qatar qəzası, sərnişin qatarı, lokomotivlə toqquşma, yaralanan sərnişinlər, Pidzamçe stansiyası, dəmir yolu qəzası, Ukrayna xəbərləri

Şəhərin meri Andriy Sadovıy qəza zamanı qatarın maşinistinin kabinədə sıxılıb qaldığını və xilasedicilərin onu çıxarmaq üçün çalışdığını bildirib.

Hadisənin başvermə səbəbi hələ müəyyənləşdirilməyib. Müvafiq qurumlar qəzanın şəraitini araşdırır.

Mənbə:  WorldNews

Aynur Camal

Oxşar xəbərlər

Britaniyada şirkətlər çirkab suların emalından 340 milyon funt sterlinqdən çox gəlir əldə edir

Aynur Camal

Kolumbiya cəngəlliyində yeni nəhəng su zanbağı növü aşkarlandı

Aynur Camal

Tramp Nobel Sülh Mükafatına layiq olduğunu bildirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu