30 C
Baku
19 İyul 2024, 13:21
Baş xəbərDünya

Səudiyyə Ərəbistanı Danimarkaya nota verdi

Səudiyyə Ərəbistanı Qurani-Kərimin yandırılması ilə bağlı Danimarkaya nota verib.

Bugun.tv xarici mediaya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat yayıb.

Açıqlamada bildirilir ki, Danimarkada radikal qruplaşmanın Quranın yandırılması, İslama qarşı irqçi şüarlar səsləndirməsi kimi əməllər müsəlman dövlətlərinə qarşı hörmətsizlik əlaməti olaraq qınanılıb.

Məlumata görə, Danimarkanın Ər-Riyaddakı diplomatı Xarici İşlər Nazirliyinə çağırılaraq ona etiraz notası verilib. Həmçinin, beynəlxalq normalara, qanunlara uyğun gəlməyən bu cür biabırçı hərəkətlərin qarşısının alınması üçün Danimarkaya xəbərdarlıq olunub.

“Səudiyyə Ərəbistanı dinlər arasında nifrət yayan bu hərəkətləri qəti şəkildə rədd edir”, – Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Xatırladaq ki, Danimarkada İslam əleyhdarı və ifrat millətçi “Danske Patrioter (Danimarka Patriotları)” qrupunun üzvləri Quranı yandırıblar.

Nigar Məmmədova

Oxşar xəbərlər

Polşaya keçən ukraynalıların sayı 14 milyonu ötüb

Kəmalə Sultan

ABŞ qitələrarası ballistik raket sınağı keçirdi

Bugün TV

Kubanın Vaşinqtondakı səfirliyinə molotov kokteyli atılıb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu