26 C
Baku
23 Sentyabr 2026, 18:57
Dünya

Səudiyyə Ərəbistanı: İran yanlış hesab edir

Səudiyyə Ərəbistanı Xarici İşlər Naziri Faysal bin Ferhan bildirib ki, İran Körfəzdəki ölkələrin cavab verə bilməyəcəyini düşünürsə, yanılır.

İran son günlər İsrail və ABŞ-ın yerləşdiyi bir sıra region ölkələrinə, o cümlədən Səudiyyə Ərəbistanı, Qatar, BƏƏ və Bəhreynə hücumlar həyata keçirib.

Faysal bin Ferhan vurğulayıb ki, İranın təkrar hücumları regionda etimadı pozub və Tahran şantaj siyasəti aparır. Körfəzdəki ölkələr koordinasiyalı şəkildə hərəkət edir və prioritetləri hücumların dayandırılmasıdır. Nazir bildirib ki, bu məqsədlə siyasi, iqtisadi və diplomatik bütün vasitələrdən istifadə olunacaq.

Xatırladaq ki, ABŞ və İsrail tərəfindən edilən əməliyyatlarda İran lideri Əli Xamenei də daxil olmaqla yüksək səviyyəli rəsmilər həlak olub.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

87 yaşlı qadın 71 il yaşadığı evdən çıxarıldı

Aynur Camal

Hərbi təlim təyyarəsi qəzaya uğradı: iki pilot yaralandı

Aynur Camal

Tiqray hökuməti “müdafiə müharibəsinə” başladığını açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu