25 C
Baku
27 İyul 2024, 3:49
DigərDünya

Səudiyyə Ərəbistanı tarixində bir ilk: Üzgüçü paltarı nümayişi keçirilib

Səudiyyə Ərəbistanında vəliəhd şahzadə Məhəmməd bin Salmanın rəhbərliyi altında bir çox qaydalar dəyişir. Dünən axşam ölkə tarixində ilk dəfə çimərlik geyimi nümayişi keçirilib.

Mərakeşli dizayner Yasmina Qanzalın əsərlərinin nümayiş olunduğu hovuz kənarında təşkil edilən moda nümayişində daha çox qırmızı, bej və mavi tonlarda tək parça paltarlar nümayiş olunub.

Səudiyyə Ərəbistanında çimərlik geyimi modellərinin yer aldığı ilk moda nümayişi keçirilib.

“Düzdür, bu ölkə çox mühafizəkardır, lakin biz ərəb dünyasını təmsil edən zərif çimərlik geyimlərini nümayiş etdirməyə çalışdıq. Bura gələndə Səudiyyə Ərəbistanında çimərlik geyimlərinin nümayişinin tarixi bir an olduğunu anladıq”, – Qənzal AFP-yə bildirib.

Mərakeşli dizayner həmçinin tədbirdə iştirakın şərəf olduğunu bildirib. Moda nümayişi Səudiyyə Ərəbistanının qərb sahilindəki St Regis Red Sea Resort-da keçirilən Qırmızı Dəniz Moda Həftəsinin ikinci günündə baş tutub.

Bu tədbirdə fransız sosial media təsisçisi Raphael Simacourbe də iştirak edib.

AFP-yə danışan Simacourbe, “Bu gün bunu etmək onlardan böyük cəsarət tələb edir. Bu cəsarətli addımın bir parçası ola bildiyim üçün özümü çox şanslı və xoşbəxt hiss edirəm” deyib.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

İsrailin Eurovision-a etirazı: ‘Azad Fələstinə’ şüarları müğənnini boğdu

Aynur Camal

Trampın fırıldaqçılıq işi ilə bağlı çıxışına yenidən qadağa qoyuldu

İntizar Əmirova

Elektron siqaret çəkən qadının ciyərləri qızardılmış toyuq kimi partladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu