Bugun.tv xəbər verir ki, Səudiyyə Ərəbistanının yeni aviaşirkəti Riyadh Air donanmasına qoşulacaq ilk mavi-bənövşəyi rəngli Boeing 787-9 Dreamliner təyyarəsini təqdim edib.
“Indigo” adlandırılan xüsusi dizaynlı təyyarə ABŞ-ın Cənubi Karolina ştatındakı Boeing Charleston zavodunda boyanıb. Təyyarənin yaxın vaxtlarda Riyadh Air şirkətinə təhvil verilməsi gözlənilir.
Dizayn ərəb mədəniyyətindən ilhamlanıb
Riyadh Air-in açıqlamasına görə, “Indigo” dizaynı yaz aylarında səhrada açan çiçəklərdən və ərəb xəttatlığından ilham alınaraq hazırlanıb.

Mavi və bənövşəyi tonlardan istifadə edilən bu rəng sxemi şirkətin əsasən ağ rəngdə olan standart görünüşünə alternativ olacaq. Bununla da aviaşirkət donanmasında daha fərqli rənglərin istifadəsini planlaşdırır.
Şirkət bildirib ki, gələcəkdə donanmaya daxil olacaq hər 10 təyyarədən biri “Indigo” dizaynında olacaq.
Riyadh Air bu yanaşma ilə özünəməxsus vizual üslub yaratmağı və sərnişinlərin diqqətini cəlb etməyi hədəfləyir.
Mənbə: Ensonhaber
