29 C
Baku
9 İyun 2025, 11:01
Baş xəbərSəhiyyə

Səhiyyə Nazirliyinin rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 33 il ötür.

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Səhiyyə Nazirliyinin rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad edib.Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Eyni zamanda, 20 Yanvar Azərbaycan xalqının həyatında dönüş nöqtəsi oldu.

1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli yol Qarabağ Zəfəri ilə ən şanlı zirvəyə çatıb. Ermənistanın işğal etdiyi torpaqlarımız 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Aynur Camal

Oxşar xəbərlər

“AKİDOCS – sənədli filmin inkişafı və pitçinq” beynəlxalq layihəsi elan edir

Aynur Camal

Qanuni limitdən artıq nəqliyyat vasitəsi alıb-satan 19 nəfər barəsində tədbir görüldü

Bugün TV

“Kinoya çəkilən əziyyət itmir. Nəsildən nəsilə tarix olaraq ötürülür, yaşayır”

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu