Bugun.tv xəbər verir ki, Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanla yeni üçtərəfli müdafiə sazişinin yaradıldığını açıqlayıb.
Ensonhaber-in Səudiyyə Ərəbistanının SPA agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman məlumat verib.

“Məkkə Birgə Müdafiə Sazişi” adlandırılan razılaşmanın regional təhlükəsizlik və sabitliyin gücləndirilməsinə xidmət edəcəyi bildirilib. Saziş Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Məlumata əsasən, yeni mexanizmin regionda təhlükəsizlik məsələləri üzrə ölkələr arasında koordinasiyanın gücləndirilməsinə yönəldiyi qeyd olunub.
Mənbə: Ensonhaber
