NASA, Curiosity, Mars, kosmik aparat, Mars missiyası, kosmos, astronomiya, Qırmızı planet
Dünya

NASA-nın “Curiosity” aparatı Marsda 5 000-ci gününü qeyd etdi

Bugun.tv xəbər verir ki, NASA-nın Marsda fəaliyyət göstərən “Curiosity” kosmik aparatı Qırmızı planetin səthində 5 000-ci gününü tamamlayıb.

Ensonhaber-in SciTechDaily-yə istinadən yaydığı məlumata görə, aparat bu əlamətdar tarixlə bağlı Marsın müxtəlif vaxtlarda çəkilmiş görüntülərindən hazırlanmış yeni panorama təqdim edib.

“Curiosity” Marsın səthini araşdırmaq, planetin geoloji quruluşunu öyrənmək və onun keçmişində həyat üçün əlverişli şəraitin olub-olmadığına dair məlumat toplamaq məqsədilə fəaliyyət göstərir.

Aparatın göndərdiyi yeni görüntülər Mars səthinin səhər və günorta vaxtı görünüşlərini əks etdirir. NASA-nın uzunmüddətli Mars missiyalarından biri olan “Curiosity” bu müddət ərzində planet haqqında çoxsaylı elmi məlumatlar əldə edib.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Böyük Britaniya Ukraynaya qışa hazırlıq üçün 71 milyon dollar ayırdı

Aynur Camal

Ukrayna Rusiyada “Yandex”in məlumat mərkəzinə zərbə endirdi

Aynur Camal

Rusiyanın Ukraynaya hücumları nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu