28 C
Baku
15 Sentyabr 2026, 18:34
Səudiyyə Ərəbistanı, neft kəməri, dron hücumu, husilər, neft qiymətləri, qlobal enerji, Yanbu, Şərq-Qərb kəməri
Dünya

Səudiyyə Ərəbistanının əsas neft kəmərinə dron hücumu: qlobal təchizat təhlükə altında

Bugun.tv xəbər verir ki, Səudiyyə Ərəbistanının nefti Qırmızı dəniz sahilinə daşıyan əsas Şərq-Qərb neft kəməri dron hücumundan sonra ciddi zərər görüb.

The Guardian-ın məlumatına görə, təxminən 1 200 kilometr uzunluğunda olan kəmər Səudiyyə Ərəbistanının neft ixracında mühüm rol oynayır. Boru xətti gündəlik təxminən 4 milyon barel neftin Qırmızı dənizdəki Yanbu limanına çatdırılmasına imkan verir. Bu göstərici dünya neft tədarükünün təxminən 4 faizinə bərabərdir.

Peyk görüntülərində kəmərin əsas nasos stansiyalarından birində geniş zərərin və yanğın izlərinin olduğu görünür. Hücumun ardından kəmərin fəaliyyəti dayandırılıb. The Guardian qeyd edir ki, bərpa işlərinin bir neçə gündən altı həftəyədək davam edə biləcəyi barədə müxtəlif qiymətləndirmələr var.

Məlumata görə, Yəməndə İranın dəstəklədiyi husilər hücuma görə məsuliyyəti üzərlərinə götürüblər. Bu hadisə Səudiyyə Ərəbistanının neft ixracının təhlükəsizliyi ilə yanaşı, qlobal enerji bazarında da yeni narahatlıqlar yaradıb.

Kəmərin fəaliyyətsiz qalması uzun sürərsə, Səudiyyə Ərəbistanının Yanbu limanındakı hazır neft ehtiyatlarının cəmi bir neçə gün ərzində azala biləcəyi bildirilir. Bunun fonunda Brent markalı neftin qiyməti 108 dolları keçib və dünya bazarında enerji bahalaşması ilə bağlı təzyiqlər artır.

Şərq-Qərb kəməri Səudiyyə Ərəbistanı üçün xüsusilə əhəmiyyətlidir, çünki neftin Hörmüz boğazından yan keçməklə Qırmızı dənizə çıxarılmasına imkan verir. Buna görə də kəmərdə yaranan problem Yaxın Şərqdəki münaqişənin qlobal enerji təchizatına təsirini daha da gücləndirə bilər.

Mənnbə:  The Guardian

Aynur Camal

Oxşar xəbərlər

NATO təyyarələri Litva hava məkanına daxil olan dronu vurdu

Aynur Camal

Rusiya Suriyadakı hərbi bazalarına yenidən təchizat göndərdi

Aynur Camal

Himalay buzlaqları son 10 ildə 65 faiz daha sürətlə əriməyə başlayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu