Baş xəbərMüsahibə

Ş.Ramaldanov: “Molla rejimi qeyri-islami mövqedədir. Ermənilər bir gün İranı da öz maraqlarına qurban edəcəklər”

“Azərbaycan ikinci Qarabağ müharibəsində qələbə qazanıb, işğalçı qüvvələri darmadağın edib və ərazi bütövlüyünü bərpa etməyə nail olub. Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin dediyi kim,b iz məhz bu zaman kimin bizim dostumuz kimin isə dostumuz olmadığını bildik. Təssüflər olsun ki, dost mövqeyi tutmayanların arasında islam ölkəsi İran da var”.

Hərbi ekspert Şair Ramaldanov Bugun.tv-yə açıqlamasında İranın Azərbaycan qarşı tutduğu qeyri-rəsmi mövqeydən danışıb.

“Bu ölkə qələbə qazandıqdan sonra, nəinki Azərbaycanın yanında olmayıb, hətta ölkəmizə zidd çıxışlar edib. Bu da məzh güc yolu ilə müşahidə olunur. Sərhədlərimizdə təlim keçirilməsi, uçuşların aparılması və hazırda bunu Naxçıvan istiqamətinə döyüş texnikası, hərbi sursat yığması bunu sübutudur. Əlbəttə, təlimlər hər bir dövlətin daxili işidir. Ancaq bu daxili iş olsa da, bu təlimlərin keçirilmə aqressivliyidən hiss olunur ki, bundan Azərbaycana qarşı təzyiq kimi istifadə olunan üsuldur. Artıq molla rejimi qeyri-islami mövqe nümayiş etdirir. Cənab prezident yenə də diqqətə çatdırmışdı ki, məscidlərini darmadağın edən, onları donuzxanaya çevirərək islami dəyərləri təhqir edən Ermənistanla necə dostluq münasibəti saxlamaq, onu inkişaf etdirmək olar? Bunu necə qəbul edək? Bu hansı islami dəyərlərə uyğundur? Bunların hamısı bu gün İran islam ölkəsində molla rejimində olan ciddi problemlərdir”.
Ş.Ramaldanovun sözlərinə görə, İran Ermənistan yaxınlaşmasında ermənilərin hiyləgərlik imkanlarını bilirik. Bu ünsürlər İran islam respublikasının molla rejimində də özlərinə yer tapıblar və artıq həmin rejimə təsir mexanizmlərinə malikdirlər. Belə olmasa idi İran belə bir bacılıq qardaşlıq münasibətləri göstərməzdi. “Torpaqlarımız azad edildikdən sonra da talan olmuş yaşayış məntəqələrinin darmadağın edilməsi və İranın iş adamlarının burada rolu haqqında çox sayılı məlumatlar gəzməkdədir. Yerəvanı özünə ən yaxın müttəfiq görən, qırmızı xətlər haqqında danışan, Azərbaycan ərazisinə – Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi əraziyə öz xüsusi organlarının nümayəndələrini göndərən İran İslam Respublikası bir daha Azərbaycanla dostluq münasibətlərindən uzaqlaşdığını sübut etdi. Və bu davam edir. Biz İranın təlimlərini də izləmişik, ora çıxarılan texnikanı da görmüşük. Bəzi kadrlar da var. Köhnə silah-sursat, texnikanın çıxarılmasının bu gün Azərbaycana hansısa təsiri ola bilməz. Azərbaycan müstəqil dövlətdir, güclü, müasir ordusu var. 44 gün ərzində bu ordu nəyə nail olduğun göstərdi. Azərbaycan xalqı dəmir yumruğa çevrilməsini bütün dünyaya sübut etdi. Buna görə də İran islam respublikası, molla rejimi bir daha düşünməlidir ki, Azərbaycan heç vaxt bu ölkəni özünə düşmən görməyib. Həmişə bir qonuşu kimi böyük hörmət bəsləyərək, onlarla dostluq münasibətinin inkişafında marağı olub. Digər tərəfdən əgər hərbi siyasi cəhətdən yanaşsaq Azərbaycan bu gün tək deyil. NATO-nun ən güclü ölkələrindən biri olaraq yanımızda qardaş Türkiyə dövləti var. Azərbaycanın hər hansı bir təhlükə yaranarsa qarşılıqlı olaraq hər iki dövlət bir-birinin ordusundan istifadə edə bilər. Cənab İlham Əliyevin dediyi mesajıda xatırlatmaq istəyirəm: “İstər Ermınistanım hərbi siyası rəhbərliyindən, istər onun havadarlarından əgər ölkəmizə qarşı hər hansı bir təhlükə yaranarsa Azərbaycan dərhal adekvat cavabını verəcəkdir”. Mən düşünürəm ki, bu mesaj bütün Azərbaycana təhlükə yaradmaq istəyən qüvvələrə aiddir. O cümlədən İran İslam Respublikasında bu niyyətdə olan bəzi qüvvələrə”,- hərbi ekspert əlavə edib.
İqtisadi cəhətdən də Azərbaycan həmişə İran ölkəsi ilə çox sıx ticarət əlaqələrində olub və bu sahədə böyük inkişafa malikdir. Bu inkişaf da ümumi nəticələrə görə, demək olar ki, birtərəfli olub. Baxsaq görərik ki, ticarət həcminə görə İranın Azərbaycan tərəfindən aldığı məhsulun heç 10%-ni də təşkil etmir.
“İranın daxilində gedən proseslər şimali azərbaycanlıların yaşadığı ərazilərdə müşahidə olunur. Bu halda da, İran məhz fikri yayındırmaq üçün, yalan üzərində siyasət yürüdür. Vəziyyəti Azərbaycana qarşı azadlıq hərəkatına əngəl törətməyin qaşısını almaq kimi dəyərləndirir. Digər tərəfdən deyərdim ki, İranla Rusiya arasında olan münasibətləri nəzərı alsaq, o da müşahidə oluna bilər ki, İran məhz Rusiyanın burada apara bilmədiyi siyasəti müəyyən bir şəkildə öz öhdəsinə götürərək Azərbaycana təsir mexanizmi yaratmaq istəyir. Əlbəttə, bütün bunlar Azərbaycan tərəfindən izlənilir, təhlil olunur. Biz bütün ölkələrlə qonşuluq siyasətini kökləyib. Və düşünürəm ki, İran İslam Respublikasında elə bir zaman gələcək ki, bütün münasibətlər əvvəlki kimi dinc, qonuşuluq siyasəti ilə davam edəcək. Sonda onu da deyim ki, ermənilərlə münasibəti olan tarixi şəxsiyyətlərin dəfələrlə onların satqın və hiyləgər olduğunu tədiqləyən fikirlərinə rast gəlirik. Düşünürəm ki, ermənilər bir gün İranı da öz maraqlarına qurban edəcəklər. İrana da xain oluğunu gec-tez bildirəcəklər”,-Ş.Ramaldanov vurğulayıb.

Müəllif: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Uzaq bir planetdə həyatın olduğuna dair sübutlar tapıldı

Bugün TV

Kafedən oğurluq edən yaxalandı

Kəmalə Sultan

Vəhşi təbiətin müxtəlifliyi və gözəlliyi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu