11 C
Baku
20 Mart 2023, 23:47
Baş xəbərSiyasət

S.Şoyqu: “Yüksək dəqiqlikli silahların istehsalı iki dəfə artırılsın”

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Taktik Raket Korporasiyasına səfəri zamanı dəqiq idarə olunan silahların istehsalını iki dəfə artırmaq barədə göstəriş verib.

Bugun.tv xəbər verir ki, o sözügedən müəssisənin dövlətin müdafiə sifarişini layiqincə yerinə yetirdiyini deyib. Bununla belə, hətta bu il istehsalın artmasını nəzərə alaraq, o, yüksək dəqiqlikli silahların istehsalını iki dəfə artırmağı tapşırıb.

“Müəssisənin qarşısında çox ciddi vəzifələr durur. Bunun üçün lazımi ehtiyatlar, yüksək ixtisaslı mütəxəssislər və istehsal gücü var. Ona görə də, vəzifə çətin də olsa, görülə bilər”, – S.Şoyqu vurğulayıb.

Oxşar xəbərlər

Xorvatiya prezidenti ABŞ və NATO-nu ittiham edib

Nigar Məmmədova

Səmərqənddə TDT liderlərinin şərəfinə rəsmi qəbul təşkil olunub

Nigar Məmmədova

Azərbaycanlı qızlar dünyanın ən yaxşı universitetinə qəbul olunub

Aynur Camal

Şərh yazın