Baş xəbər

Sabaha gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6°, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək, gündüz 11-16° isti, dağlarda gecə 5-10°şaxta, yüksək dağlıq ərazilərdə isə 13-18°, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Mənbə: Milli Hidrometeorologiya Mərkəzi

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Bakıda dəyişkən iş qrafikinin tətbiqi gözlənilir

Aynur Camal

Çingiz Abdullayev – El Bakuvi yaradıcılığı…VİDEO

Aynur Camal

Hindistanda ekstremal istilər hər gün minlərlə əlavə ölümə səbəb olur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu