11 C
Baku
26 Mart 2025, 17:31
Digər

Sağlam gələcəyə mane olan zərər…

 Sağlamlığımızın ən böyük düşmənlərindən biri tütündür. Təəssüf ki, bu zərərli vərdişdən istifadə edənlərin sayı çoxdur. Siqaretin orqanizmə vurduğu ziyan hər kəsə məlumdur. Bu dəfə isə saxta və filtirsiz siqaretlərin zərərlərini diqqətinizə çatdıracağıq. Bu cür tütün məmulatları azyaşlı və yeniyetmlərin orqanizminə necə təsir edir?

Statistikaya görə, hər il dünyada təxminən 8 milyon nəfər “tütün epidemiyası”nın qurbanı olur. Onların 800 mindən çoxu passiv siqaret istifadəçiləridir. İnsanı ölümə aparan tütün aludəçiliyi hər on nəfərdən birinin həyatına son qoyur. Məhz, siqaret nəticəsində 25-dən çox xəstəlik, o cümlədən ürək-damar, ağciyər və onkoloji problemləri olan insanların səhhəti daha da ağırlaşır.

Azad İstehsalçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Bugun.tv-yə açıqlamasında bildirir ki, tərkibində təhlükəli maddələrin miqdari çox olan saxta siqaretlər ucuz qiymətə satılır.

Ekspertin sözlərinə görə, ölkəyə qaçaqmal yolu ilə xarici ölkələrdən də təhlükəli siqaretlər gətirilir. Ümumiyyətlə, siqaretlərin bütün növləri təhlükəlidir. Filtirsiz siqaretlərin  ekspertiziyasını aparan zaman məlum oldu ki, bu məhsullarda təhlükəli maddələrin -karbon monoksidin, nikotinin miqadarı qat-qat çoxdur.

Həkim pulmonoloq Əsəd Abdullayev deyir ki, siqaretin tərkibində 400-ə yaxın zərərli maddə mövcuddur. Asılılıq yaradan əsas maddə isə nikotindir.

Onun sözlərinə görə, siqaret çəkən bir uşağı digərindən ayırmaq çox çətindir. Onda ciddi bir dəyişilik olmur. Əgər valideyn diqqətli olarsa, yeni başlamış uşaqlarda dişin rənginin dəyişməsindən, bronxun selikli qışasında ortaya çıxan öskürəkdən, ağızdan siqaretin iyinin gəlməsindən bunu müəyyən etmək olar.

İlk vaxtlar fizioloji olaraq bədənə o qədər ciddi zərər dəymir. Zərər, yaş artdıqca meydana çıxır. Uşaqlarda orqanizm tam formalaşmadığı üçün  onların oksigen təlabatları böyüklərdən daha çoxdur. Tənəffüs yollarının divarları daha zərifdir. Siqaretin üst tənəffüs yollarını zədələməsi nəticəsində davamli xroniki infeksiyaların sayı artır, uşaqlar tez-tez xəstələnir.

Uzun illər siqaret çəkənlər üçün əlbəttə ki, tərgitmək asan məsələ deyil. Bunun üçün güclü iradə önəmlidir. Özümüzün və ətrafımızdakı insanların sağlamlığını tütünə qurban verməyək!

Nigar Məmmədova

Oxşar xəbərlər

Hande Erçeldən romantik paylaşım!

İntizar Əmirova

Fransada növbəti dəfə ictimai-siyasi vəziyyət pozuldu

Kəmalə Sultan

Morozova: “10 məhbus əsirlikdən azad edildi”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu