Baş xəbərKriminal

Sahildə çətənə kolları aşkar edildi

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bugun.tv-yə verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Davudlu kəndi ərazisində xidmətdə olan zaman Bərgüşad çayının sahilində çətənə kolları aşkar ediblər.

Əraziyə Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə RPŞ-nin istintaq qrupu baxış keçirib. Qeyd olunan ərazidə yabanı halda bitən çəkisi 1 tondan artıq 1673 ədəd çətənə bitkisi müəyyən edilib və təhlükəsizlik tədbirlərinə riayət edilməklə toplanaraq yandırılma üsulu ilə məhv edilib.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Şuşanın iqtisadiyyatı Zəfərdən sonra 44 dəfə böyüyüb

Aynur Camal

100 il – Televiziya və radio işçilərinin peşə bayramıdır

Aynur Camal

Bakıda “Zəfərdən doğan günəş” adlı tədbir keçiriləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu