Baş xəbərHadisə

Şahin Vəliyevin cənazəsi Gəncəyə gətirilib

Türkiyədə dünyasını dəyişən Şahin Vəliyevin cənazəsi Gəncəyə gətirilib.

Fevralın 6-da Türkiyənin Malatya şəhərində baş vermiş dəhşətli zəlzələ nəticəsində dünyasını dəyişən azərbaycanlı tələbə Şahin Vəliyevin cənazəsi Gəncəyə gətirilib.

Məlumata görə, onunla vida mərasimi Cavad Xan qəsəbəsindəki evində keçiriləcək.

Dəfn mərasimi bu gün keçiriləcək.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 və 7,6 bal gücündə iki dağıdıcı zəlzələ baş verib. Ölənlərin sayı 35 418 nəfərə çatıb, 105 505 nəfər isə yaralanıb. Malatyadakı İnenu Universitetinin azərbaycanlı tələbələri – Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri 8 gün sonra – fevralın 14-də tapılıb.

Aynur Camal

Oxşar xəbərlər

Tayvanda Çampi tayfunu: 977 aviareys ləğv edildi

Aynur Camal

150 minə yaxın insan tələbə hərəkatının mitinqinə qatıldı

Aynur Camal

Azərbaycanlı alim Misirdə beynəlxalq münasibətlərə dair seminarda çıxış etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu