25 C
Baku
27 İyul 2024, 4:38
Dünya

Şahzadə Diananın paltarları satışa çıxarılıb: Ən böyük auksion

Şahzadə Diananın paltarları ABŞ-da hərraca çıxarılıb. Hərrac evinin rəsmiləri deyirlər ki, bu, 1997-ci ildən bəri şahzadə Diananın əşyalarının ən böyük auksionu olacaq.

  Ölümündən 27 il keçməsinə baxmayaraq, bütün dünyada zərifliyi və yardımsevərliyi ilə tanınan xalq şahzadəsi hələ də unudulmur.

İyunun 27-də ABŞ-ın Los-Anceles şəhərində şahzadə Diana və digər kral üzvlərinə məxsus 150-dən çox əşya hərraca çıxarılacaq.

  Britaniya xalqının qəlbində xüsusi yeri olan Uels şahzadəsi Diana bu günlərdə yenidən gündəmdədir və buna səbəb keçiriləcək hərracdır. Satılacaq ən diqqətçəkən əşyalardan biri də Şahzadə Diananın 1986-cı ildə “Phantom of the Opera” musiqili filminin premyerasında geyindiyi paltardır. Paltarın 200 min ilə 400 min dollar arasında qiymətə satılacağı gözlənilir.

 Diananın 1997-ci ildəki öz hərracından sonra ən böyük hərrac olacağını ifadə edən hərrac evi səlahiyyətliləri, zaman-zaman yalnız bir və ya iki ədəd hərraca çıxara bildiklərini, lakin indi 150 ədədin satışa çıxarılacağını bildiriblər.

Daha əvvəl hərracda görünməyən ayaqqabı, çanta və papaq kimi əşyalar da tarixi hərracın bir hissəsi olacaq. Flamenko üslublu axşam paltarı və Catherine Walker tərəfindən hazırlanmış çiçəkli paltar hərracın diqqət çəkən hissələri arasındadır. Güllü paltarın 100 min dollardan 200 min dollara satılacağı təxmin edilir.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

“Təcili addım atmağa çağırıram”

Aynur Camal

Nazir Yerlikayanın İsrail-Fələstin münaqişəsi ilə bağlı açıqlaması

Bugün TV

Vikinqlər diş ağrısından əziyyət çəkiblərmi?

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu