Dünya

Şahzadə Harri ailəsi ilə münasibətlərini bərpa etmək istəyir

Bugun.tv xəbər verir ki, Böyük Britaniya şahzadəsi Harri atası Kral III Çarlz və qardaşı şahzadə Uilyamla münasibətlərini düzəltmək istədiyini bildirib. “TRT Haber”in BBC-yə istinadən yaydığı məlumata görə, Harri “GQ” jurnalına müsahibəsində ailə daxilindəki keçmiş incikliklərin geridə qalmasının və əlaqələrin yenidən qurulmasının vacibliyini vurğulayıb.

Nyu-Yorkda keçirilən müsahibədə şahzadə keçmişdə baş verənlərin izlərinin tam silinmədiyini etiraf edib. Bununla belə, hadisələrə fərqli yanaşmağın və ailə bağlarını bərpa etməyin hamı üçün faydalı ola biləcəyini bildirib.

Sussex hersoqu və hersoginyasının nümayəndəsi müsahibənin sentyabrda qeydə alındığını açıqlayıb. O, Harriyə aid fikirlərin ailənin konkret bir üzvünü hədəf almadığını da bildirib.

Harri 2020-ci ildə həyat yoldaşı Meqan Marklla birlikdə Böyük Britaniyadan ayrılaraq ABŞ-da yaşamağa başlamışdı. Müsahibəsində İngiltərəyə qayıdışlarının əsas səbəblərindən birinin uşaqların təhsili və ailəyə daha yaxın olmaq istəyi olduğunu deyib.

Şahzadə Kral III Çarlzın xərçəng müalicəsindən sonra vəziyyətinin yaxşılaşdığını da qeyd edib. Ailə münasibətlərinin bərpası ilə bağlı hər hansı konkret razılaşma barədə isə məlumat verilməyib.

Mənbə: TRT Haber 

Aynur Camal

Oxşar xəbərlər

ABŞ müdafiə naziri: Ukraynaya münasibətimiz dəyişməyib

Aynur Camal

OpenAI modellərinin təhlükəsizlik nəzarətini söndürdüyü bildirilir

Aynur Camal

Trampın jurnalistləri Ağ Evdən çıxarmaq istədiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu