Maraqlı faktlar

Şahzadə Uilyam səhər şadlanmağın ən yaxşı yolunu adlandırdı

Bugun.tv xəbər verir ki, Şahzadə Uilyam səhər oyanmağa və şadlanmağa ən yaxşı kömək edən üsulu adlandırıb. Milli.Az Daily Mirror-a istinadən bildirir ki, o, bu barədə “Apple Fitness+” proqramında “Time to Walk” proqramının epizodlarından birində danışıb.

Şahzadə Avstraliyanın AC/DC rok qrupunun Thunderstruck mahnısına qulaq asmağı xoşladığını deyib. Onun sözlərinə görə, səhər ona ən güclü enerji təkan verir. “Deməliyəm ki, onu ilk dəfə işə salanda düşündüm ki, “bazar ertəsi səhəri üçün bu bir az ağırdır. Amma indi mənim üçün ən yaxşı tonikdir. O, səni oyadır, əla əhval-ruhiyyə yaradır və hər şeyin öhdəsindən gələ biləcəyini hiss edirsən” deyib.

Şahzadə Uilyam əlavə edib ki, onun üç övladı – Şahzadə Corc, Şahzadə Şarlotta və Şahzadə Lui kolumbiyalı müğənni Şakiranın musiqisi sədaları altında rəqs etməkdən həzz alırlar. Müğənninin uşaqlar arasında sevimli mahnılarından biri də Waka Wakadır. “Xüsusilə Şarlotta balet geyimində mətbəxdə qaçır, Lui isə onun arxasınca qaçaraq təkrarlayır. Bu, uşaqlar sadəcə rəqs etməkdən və oxumaqdan həzz alanda əsl xoşbəxtlikdir”, o etiraf edib.

Mənbə lenta.ru

Aynur Camal

Oxşar xəbərlər

Alimlər Çernobıl canavarlarının genomunda gözlənilməz xüsusiyyət aşkar ediblər

Bugün TV

Məişət zoraklığının qarşısını almaq üçün nə etməliyik?

İntizar Əmirova

Uzaq bir planetdə həyatın olduğuna dair sübutlar tapıldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu