Şahzadə Uilyam, Keyt Middlton, Hindistan səfəri, Mumbay, Saçin Tendulkar, Earthshot Prize, ekoloji təşəbbüslər, Böyük Britaniya
Dünya

Şahzadə Uilyam və Keyt Middlton Hindistana üçgünlük səfərə gəliblər

Bugun.tv xəbər verir ki, Böyük Britaniyanın Uels şahzadəsi Uilyam və şahzadə Keyt Middlton noyabrın 16-da Hindistanın Mumbay şəhərinə rəsmi səfərə gəliblər. Üç gün davam edəcək səfər iki ölkə arasında əlaqələrin, eləcə də ətraf mühitin qorunması və innovasiya sahəsində əməkdaşlığın təşviqinə həsr olunub.

“People” nəşrinin məlumatına görə, bu, cütlüyün 2022-ci ildən bəri ilk birgə xarici rəsmi səfəridir. Onlar Hindistana sonuncu dəfə 2016-cı ildə birlikdə səfər ediblər.

Mumbaya gəldikdən sonra şahzadə və şahzadə şəhərin tarixi Ballard Estate ərazisinə baş çəkiblər. Burada Hindistanın məşhur kriketçisi, milli komandanın keçmiş kapitanı Saçin Tendulkarın da iştirakı ilə küçə kriketində iştirak ediblər. Tədbirin əsas məqsədi idmanın gənclərin inkişafına, birlik və bərabər imkanların təşviqinə verdiyi töhfəni nümayiş etdirmək olub.

Səfərin əsas tədbiri noyabrın 17-də Mumbayda keçiriləcək “Earthshot Prize” mükafatlandırma mərasimidir. Ətraf mühit problemlərinə innovativ həllər təqdim edən beş qalib layihənin hər birinə 1,3 milyon dollar mükafat verilməsi nəzərdə tutulur.

Cütlüyün səfəri noyabrın 18-də başa çatacaq. Proqramda gənclərin ekoloji təşəbbüsləri, davamlı nəqliyyat və məsuliyyətli istehsal sahələri də yer alır.

Mənbə: people.com

Aynur Camal

Oxşar xəbərlər

BMT-dən avtonom silah sistemlərinə qarşı hüquqi məhdudiyyətlərin tətbiqi çağırışı

Aynur Camal

Roma Papası ədalət tələb etdi

Aynur Camal

Kabo-Verdedə prezident Joze Mariya Neveş ikinci müddətə yenidən seçildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu