9 C
Baku
23 Yanvar 2025, 6:40
Baş xəbərHadisəSosial

Sakinlər sahibsiz itlərin hücumuna məruz qaldılar

Bugun.tv xəbər verir ki, xırdalanlılar hər gün itlərin hücumu ilə üzləşirlər. Məsələ ilə bağlı redaksiyamıza müraciət daxil olub. Vətəndaşlar bu vəziyyətlə əsasən, səhər saatlarında rastlaşdıqlarını deyirlər. Onların sözlərinə görə, bu artıq qlobal problemə çevrilib.

“Səhərlər uşaqlarımızı dərsə apara bilmirik. Kütləvi şəkildə üstümüzə cumurlar. Bu təhlükə ilə yaşamaq məcburiyyətində qalmışıq. Yollarda və parklarda vəziyyət daha pisdir. İtlər üstümüzə hücum edir. Uşaqlar həyəcandan əsməcəyə düşürlər. Çox qorxuruq. Bu itlərin əlindən işə gedə bilmirik. Əlaqədar qurumlar da buna göz yumur. Xahiş edirik ki, bizim səsimizi yuxarı instansiyalara çatdırasınız”, – deyə sakinlər şikayətlərini bildirblər.


Uşaqlarla söhbər apardıq. Faktı onlar da təsdiqlədilər.

“Küçəyə çıxmağa qorxuruq. Məktəbə valideynlərimiz aparıb-gətirir. Keçən dəfə bir sinif yoldaşımı it tutdu. Kömək edə bilmədik. Qaçdıq. İt paltarını cırmışdı”.

Uşaqlarda artıq küçəyə çıxa bilməklə bağlı fobya yaranıb. Vəziyyət doğrudan da acınacaqlıdır. Sakinlər isə əlaqədar qurumlardan kömək gözləyir. Mövzuya yenidən qayıdacağıq.

Müxbir: Samit Həşimov

İntizar Əmirova

Oxşar xəbərlər

Bakı-Qroznı reysi ilə uçan təyyarə qəza enişi etdi

Aynur Camal

DİN-nin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyevin rütbəsi artırılıb

Sevinc Sadıqova

Axtarılan 101 adam tutuldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu