Baş xəbərDigər

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları qanvermə aksiyasında iştirak etdilər

Bugun.tv xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyasında fəal iştirak ediblər.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, bu gün Salyan Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə “Talassemiyadan əziyyət çəkən və qana ehtiyacı olan digər xəstələr üçün təşkil olunmuş qanvermə aksiyası” keçirilib. Gerçəkləşən humanist aksiyada Salyan Rayon Polis Şöbəsinin şəxsi heyəti də fəal iştirak edib.
Polis əməkdaşları əvvəlcə tibbi müayinədən keçiblər, daha sonra isə qan vermək üçün masalara yaxınlaşıblar. Onlar bu aksiyada iştirak etməyi özlərinə vətəndaşlıq borcu, xəstə soydaşlarımızla həmrəylik nümunəsi olduğunu bildiriblər.

Qeyd edək ki, yığılmış qan hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.

Kəmalə Sultan

Oxşar xəbərlər

Media Tədris Mərkəzində tələbələr üçün multimedia və aparıcılıq təlimi keçirildi

Aynur Camal

Bu gün TV: Firuzə Babayevanın 60 illik yubileyi qeyd olundu

Elnarə Dərziyeva

Məhluqə Rəhimova: Məktəb — qadın hüquqlarının, elmin və dünyəvi təhsilin məkanı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu