Baş xəbərHadisə

Salyanda teplovozun vurduğu qadın öldü

Bugun.tv xəbər verir ki, Salyan rayonunda bir qadını teplovoz vurub. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, hadisə səhər saatlarında baş verib.

Salyan rayonun Arbatan kənd sakini S.Dadaşovanı rayon ərazisində dəmir yolunu keçmək istəyən zaman teplovoz vurub. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Bir müddət sonra isə S.Dadaşova xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar aparılır.

Kəmalə Sultan

Oxşar xəbərlər

Hindistan kinosunun əfsanəvi filmi Bakıda böyük maraqla qarşılandı

Aynur Camal

“Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsinin artması üçün imkanlar genişdir”

Aynur Camal

Vüqar Bayramov: Birgə Bəyannamə Azərbaycan üçün yeni iqtisadi və investisiya imkanları yarada bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu