22 C
Baku
12 Sentyabr 2024, 2:49
Dünya

Samsung Galaxy Z Flip6 rəqibi Huawei Nova Flip təqdim etdi

Huawei, şaquli olaraq qatlanan ekrana malik yeni Nova Flip telefonunu təqdim etdi. Telefonun qiymətinə və diqqət çəkən məqamlarına daha yaxından nəzər salırıq. Samsung ilk dəfə Galaxy Fold ilə qatlana bilən telefon bazarına girdi və bazarda yarışa başladı.

Ötən ilin iyulunda Galaxy Z Fold5 modelini təqdim edən Cənubi Koreya smartfon istehsalçısı Samsung, iyul ayında Galaxy Z Fold6 və Z Flip6 modellərini təqdim etdi.

HUAWEI-DƏN SAMSUNG-A RƏQİBİNƏ XƏBƏR VAR:

“NOVA FLIP Huawei, Samsung Galaxy Z Flip seriyası kimi şaquli olaraq qatlana bilən ekrana sahib yeni telefonu Nova Flip-i elan etdi”.

6,94 düymlük 120Hz OLED ekranı və 2690 x 1136 piksel təsvir ölçüsü ilə gələn telefonun arxa tərəfində kiçik 2,15 düymlük OLED örtük ekranı var.

Huawei-nin öz Kirin 8000 prosessoru ilə təchiz edilən Nova Flip modeli 12 GB RAM və 256 GB, 512 GB, 1 TB yaddaş seçimlərini ehtiva edir.

Telefonun arxasında 50 MP və 8 MP qoşa kamera olsa da, ön tərəfdə 32 MP-lik tək kamera var.

Harmony OS 4.2 interfeysi ilə satışa çıxarılacaq və 66W sürətli şarj dəstəyi ilə 4400 mAh batareyaya sahib olan telefon 740 dollardan başlayan qiymətlərlə satışa çıxarılacaq.

Mənbə:  EnSonHaber

Teymur Əziz

Oxşar xəbərlər

Dünyada ilk: İnsan beyni tərəfindən idarə olunan robot

Aynur Camal

Kiyevin mərkəzindəki metro stansiyalarından biri fəaliyyətini dayandırdı

Aynur Camal

Co Bayden dünyanı kimyəvi silahlar müqaviləsinə qoşulmağa çağırdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu